Professordan QORXUNC AÇIQLAMA

12:37 03-01-2022 | icon 238 | Sağlamlıq
Professordan QORXUNC AÇIQLAMA

"Omikron" variantının hər ötən gün daha sürətlə yayılması elm adamlarını narahat edir.

 

Versus.az xəbər verir ki, Türkiyənin tanınmış alimləri ilin əvvəlində yoluxma hallarının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Tibb elmləri doktoru, dosent Ümit Savaşçı bildirib ki, izdihamlı Yeni il şənlikləri və kütləvi yemək süfrələrinin təşkili yoluxmaların artmasına səbəb ola bilər. Həkimin sözlərinə görə, qarşıdakı 15 gündə yoluxmanın daha bir pik nöqtəsi yaşana bilər.

 

Professor Dəniz Odabaş qeyd edib ki, yuxarı tənəffüs yolları xəstəliklərində keçən ilə nisbətən ciddi artım var:

"Bu, əvvəlki kimi maska-məsafə qaydasına əməl edilmədiyinin göstəricisidir. Qarşıda duran ən böyük risk Yeni il şənlikləridir. Xəstəxanaya düşməmək üçün peyvənd olunaq, qaydalara əməl edək".

 

Qeyd edək ki, Böyük Britaniyada gündəlik yoluxma sayı 120 mini ötüb, Fransada isə bu say 200 minə yaxınlaşır. Türkiyədə "omikron"a yoluxma ilə birlikdə ümumi yoluxanların sayı 30 mini keçib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları