Soyuq havada smartfonun şarjına belə qənaət edilir

12:43 04-01-2022 | icon 144 | Maraqlı
Soyuq havada smartfonun şarjına belə qənaət edilir

Bəzən istifadəçi telefonunu tam şarj etsə də, şaxtalı havada sönməsi vəziyyəti ilə rastlaşır. Mütəxəssislər bunun səbəbləri ilə bağlı tövsiyələrini paylaşıblar.

 

Onların sözlərinə görə, soyuq havada telefonların sönməsinə səbəb katodun anoda (mənfi yükün müsbətə) keçid prosesinin pozulması ola bilər:

 

“Aşağı temperaturlar bu prosesdə litium ionlarının hərəkətini ləngidir. Telefon batareyadan lazımi enerjini almır. Buna görə smartfonlar daha tez boşalmağa başlayır və bəzən soyuqda sönür”.

 

Bildirilir ki, həmçinin smartfonun hazırlandığı material da onun sönməsinə təsir göstərir:

“Ən çox təsirlənən telefonlar alüminium korpuslu telefonlardır. Belə bir cihaz şüşə gövdəsi olan analoqundan daha sürətli donur. Bu mənada ən uğurlu seçim plastikdir. Belə smartfonlar -35 dərəcəyə qədər “dözümlüdür”.

 

Qeyd edilib ki, soyuq temperaturda batareyanın işləməsinə kömək etmək və şarjın tez bitməsinin qarşısını almaq üçün bir neçə ipucu da verilib:

 

“İlk olaraq cihazın işləmə müddətini uzatmaq üçün soyuq havada çölə çıxmazdan əvvəl telefon tam şarj edilməlidir. Smartfonu çantaya qoymaqdansa, gödəkçənin içəri cibinə qoymaq daha yaxşıdır. Telefona çexol taxılması tövsiyə olunur. Şaxtalı havada smartfonu çöldə 10 dəqiqədən artıq saxlamayın”. /5-tv.ru/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?