Dəm qazından zəhərləndilər

12:50 04-01-2022 | icon 131 | Hadisə
Dəm qazından zəhərləndilər

Siyəzən rayonunda 18 yaşlı gənc qız dəm qazından zəhərlənib.

 

Versus.Az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Əsgərova Lamiyə Heydər qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

 

Daha bir zəhərlənmə isə paytaxtda qeydə alınıb. Hadisə Nərimanov rayonunda baş verib. Belə ki, 2006-cı il təvəllüdlü Ağayeva Kamilə Elmar qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

 

Bakının Sabunçu rayonunda da dəm qazından zəhərlənmə hadisəsi baş verib. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Yaqubova Vüsalə İman qızı, Ramana qəsəbəsində 1986-cı il təvəllüdlü Məmmədli Şahnaz Həşim qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

 

Paytaxtın Xəzər rayonunda da dəm qazından zəhərlənmə hadisəsi baş verib. Binə qəsəbəsi Bolluq küçəsində yaşayan 2002-ci il təvəllüdlü Salahov Kamal Camal oğlu və “Südçülük” adlanan ərazidə məskunlaşmış 1990-cı il təvəllüdlü Sayadova Aygün Bayram qızı dəm qazından zəhərləniblər.

 

Abşeronda da dəm qazından zəhərlənmə qeydə alınıb. Hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zəhərlənənlərin hər biri xəstəxanaya çatdırılıb.

Hadisələrin təfərrüatı araşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?