Uşaqlar arasında yayılan hansı virusdur?

10:59 05-01-2022 | icon 158 | Sağlamlıq
Uşaqlar arasında yayılan hansı virusdur?

Son aylar uşaqlar arasında kəskin virus infeksiyası yayılıb. Əsas əlamətləri quru öskürək, yüksək hərarət olan virusun “ömrü” bir həftədir. Bir çox həkimlər əlamətin koronavirusun “Delta plus” ştamına bənzədiyini, lakin ölkədə mutasiyaya uğramış ştamlar üçün testin olmadığını əsas göstərərək, virusun adını təyin edə bilmədiklərini açıqlayıblar. Hazırda isə virusun "Omicron" ştamı olduğunu iddia edirlər. Xəstəxanlarda isə 39-40 hərarətlə gətirilən uşaqların sayı durmadan artır. Hətta bəzi xəstəxanalarda yer olmadığı bildirilir.

 

Tibb elmləri doktoru, professor, pediatr Nəsib Quliyev açıqlamasında bildirib ki, bu virus koronavirusun “Omicron” və ya “Delta plus” ştamı deyil.

 

Onun sözlərinə görə son aylar uşaqlar arasında yayılan virus kəskin respirator virus infeksiyasıdır:

 

“Bizdə virusun indenfikasiyası aparılmayıb. Amma yayılan virus qrip və qripəbənzər xəstəliklər sırasındadır. Yəni, koronavirus və ştamları deyil”.

 

Nəsib Quliyev bildirib ki, uşaqlar arasında yayılan bu cür virusa hər il payızın sonu, qış aylarında müşahidə edirik:

 

“Ümumi virus xəstəliklərində olduğu kimi müalicəsi davam etdilir. Virusun əsas xüsusiyyəti quru öskürək, yüksək hərarətlə müşahidə olunur. Bu da daha çox respirator sinsitial virusa oxşayır. Şübhə olan kimi test verilir, yoxlanılır. Bu mövsumi qripə bənzər infeksiyadı”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”