İdman tərzində yeni məktəbli formaları TİKİLƏCƏK

11:04 05-01-2022 | icon 141 | Təhsil
İdman tərzində yeni məktəbli formaları TİKİLƏCƏK

Azərbaycanda idman tərzində yeni məktəbli formaları istifadəyə verilə bilər.

 

Versus.az xəbər verir ki, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini bildirib.

 

O qeyd edib ki, təkliflər artıq Nazirlər Kabinetinə göndərilib:

 

“Nazirlər Kabinetinə məktəbli formalarının necə olması ilə bağlı təkliflər göndərmişik. Uzun illərdir ki, orta məktəblərdə klassik formada geyimlərdən istifadə edilir. Lakin bir sıra ölkələrdə məktəblərdə idman tərzində geyim formalarına üstünlük verilir. Klassik geyimlər uşaqların istər-istəməz sıxılmasına səbəb olur. Biz istərdik ki, bu məsələ həllini tapsın. İdman üslubunda geyimlərin qiyməti də ailələr üçün münasib ola bilər, eyni zamanda uşaqların daha sərbəst hərəkət etməsinə imkan verər”.

 

S.Babayeva həmçinin məktəbli geyim formalarında Azərbaycan bayrağının rənglərindən istifadə edilməsini məqsədəuyğun hesab edir:

 

“Bayrağımızın rənglərindən olan mavi, qırmızı, yaşıl rənglərdən məktəbli formalarında istifadə edilməsi sevindirici hal olardı. Misal üçün qızlar üçün geyimlərdə qırmızı rəngdən istifadə oluna bilər. Eyni zamanda 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi tərənnüm edən çalarlar olsun. Düşünürəm ki, məktəbli geyimlərinə sadəcə bir uniforma kimi baxmamalıyıq. Biz Azərbaycanda 1.7 milyona qədər şagirdin böyüməsini, təlim-tərbiyəsini nəzərə alaraq məktəbli geyimlərinin mənəvi çalarlarla dizayn edilməsi istiqamətində töhfə verməyə hazırıq”. /Trend/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”