Nazirlik hesabat verdi

15:33 05-01-2022 | icon 236 | İdman
Nazirlik hesabat verdi

Gənclər və İdman Nazirliyi 2021-ci il üçün idmana dair hesabatı təqdim edib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan 44 idmançı ilə təmsil olunduğu Tokio Olimpiadasından 3 gümüş, 4 bürünc olmaqla, 7 medalla qayıdıb.

 

Paralimpiyaçılarımız isə 14 qızıl, 1 gümüş və 4 bürünc medalla ölkələr sıralamasında ilk “onluğ”a daxil olmaqla Paralimpiya tariximizin ən böyük uğurunu qazanıb.

 

Futbol üzrə Avropa çempionatının final mərhələsi də bir il təxirə salınmadan sonra, bu il Bakı da daxil olmaqla 11 şəhərdə təşkil edilib və Azərbaycan futbol azarkeşləri paytaxtımızda 3 qrup və 1 1/4 final oyununu tribunadan canlı izləmək imkanı qazanıb.

 

Bu il cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, aerobika gimnastikası və batut gimnastikası üzrə dünya çempionatları, XXVIII Dünya Yaş Qrupları Yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, “Formula-1” Qran Prisi, paracüdo üzrə IBSA cüdo Qran Prisi kimi yarışlar da daxil olmaqla ölkəmiz 15 beynəlxalq yarışa ev sahibliyi edib.

 

İl ərzində müxtəlif növlər üzrə yığma komandalarımız 92 təlim-məşq toplanışına cəlb edilib. Milli komandalarımız ümumilikdə 182 beynəlxalq yarışda iştirak edib. Pandemiya qaydalarına riayət etməklə, Bakıda və ölkəmizin müxtəlif şəhər və rayonlarında 57 respublika miqyaslı idman yarışı təşkil edilib. İl ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran Pri və digər nüfuzlu beynəlxalq yarışlarda uğurla çıxış edərək Azərbaycan üçün ümumilikdə, 519 medal qazanıb. Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si qeyri-Olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

 

Prezident İlham Əliyevin futbol tariximizdə ilk dəfə Avropa Konfrans Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul etməsi və həmin gün imzaladığı sərəncamla kluba maliyyə dəstəyi göstərməsi idmana dövlət qayğısının növbəti nümayişi olub.

 

Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Fərid Qayıbov gənclər və idman naziri vəzifəsinə təyin edilib.

 

Olimpiya ili başa çatdığı üçün və eləcə də, bir çox idman federasiyalarının nizamnamələrinə uyğun olaraq, bu ilin noyabr-dekabr ayları ərzində cüdo, üzgüçülük, qılıncoynatma, şahmat, voleybol, velosiped idmanı, güləş, badminton, basketbol, atıcılıq, triatlon, avarçəkmə, stolüstü tennis və taekvando federasiyalarının hesabat-seçki konfransları təşkil olunub. Həmin federasiyaların ötən Olimpiya dövrü üçün hesabatları dinlənilib və yeni seçkilər keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?