Fuad Əliyev seçkilərdən DANIŞDI

11:06 06-01-2022 | icon 294 | Siyasət
Fuad Əliyev seçkilərdən DANIŞDI

"Seçkilərdə iştirakın tərəfdarıyıq, elan olunsun, dəyərləndirəcəyik"

 

Müxalifətin 2022-ci il hədəfləri nədir? Fəaliyyətində hansı yeniliklər edəcək? Mitinq etmək, piket keçirmək kimi planları varmı? 2022-ci ildə referendumun və ardınca da Milli Məclisə boş qalan deputat yerlərinə təkrar seçkilərin keçiriləcəyinə inanırlarmı?

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrt Partiyasının (ALDP) sədri Fuad Əliyev seçkilərdən danışdı.

 

Bildirdi ki, yeni ildə partiyanın fəaliyyətində yeniliklər olacaq:

 

"Qarabağ problemi, işğalda olan torpaqlarımız azad olduğuna görə biz daha çox təşkilati məsələlərə üstünlük verəcəyik. Partiyanın yerli təşkilatlarının fəaliyyətlərini gücləndirəcəyik. 2022-ci ildə partiyanın növbəti qurultayının keçirilməsi nəzərdə tutulub. Bununla bağlı yanvar ayından başlayaraq hazırlıq işlərinə start veriləcək".

 

O ki, qaldı boş qalan deputat yerlərinə təkrar seçkilərdə ALDP-nin də iştrak edib-etməyəcəyinə, Fuad Əliyev vurğulayıb ki, seçkilər elan edilən zaman qərar verəcək:

 

"Əslində biz seçkilərdə iştirakın tərəfdarıyıq. Elan olunsun, biz də onu dəyərləndirəcəyik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?