Paşinyanı Ter Petrosyanın aqibəti gözləyir?

11:35 06-01-2022 | icon 161 | Geopolitika
Paşinyanı Ter Petrosyanın aqibəti gözləyir?

Fikrət Sadıqov: “Paşinyanla Petrosyanın vəziyyətində tam oxşarlıq görmürən, amma...”

 

Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb” sözləri həm Ermənistanda, həm də separatçılar nəzdində ciddi mübahisələrə səbəb olub. Paşinyanın bu açıqlamasından sonra həm xaricdəki erməni diasporu və lobbisi, həm də daxildəki ultramilliyyətçi və radikal muxalifət ona qarşı cəbhə açıb.

 

Paşinyanın sözlərinə ən kəskin etiraz isə hələlik separatçılardan gəlib. Belə ki, Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın açıqlamasına etiraz edərək deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil. Separatçı rejim liderlərindən olan David Babayan isə dünən mətbuata açıqlama verərək “Artsaxın müstəqilliyindən” danışıb və faktiki olaraq Ermənistan baş nazirinin mövqeyinə etiraz edib. Belə fikirlər var ki, hələ 1997-ci ildə Ter Petrosyan da Qarabağın Azərbaycanın tərkibində qalmasına dair sənədə imza atacaqdı. Amma Qarabağ klanı Petrosyanı devirdi və deputatlara qarşı terror törətməklə vəziyyəti öz xeyrinə dəyişdi.

 

Maraqlıdır, bu gün Ermənistan rəhbərliyi ilə Qarabağdakı separatçı rejimin liderləri arasında baş verən narazılıqlar, Paşinyana da Ter-Petrosyanın aqibətini yaşada bilərmi?

 

Politoloq Fikrət Sadıqov bildirib ki, Paşinyan və Arutunyan arasında  səslənən ziddiyyətli bəyanatlarda oyun elementləri var.

 

Politoloq vurğulayıb ki, biri bəyan edir ki, artıq müxtəlif güzəştlərlə  Azərbaycanla sülh sazişini imzalamağa hazırdır, digəri isə status məsələsini qaldırır:

 

“Belə bir təəsurat yaranır ki, Paşinyan şərtlər diqtə eləmək üçün özünə əlavə ehtiyat meydanı hazırlayır. Paşinyan düşünür ki, ona istinad edəcək, deyə bilər ki, mən sülhə razıyam, separatçı rejimin rəhbərləri başqa cür yanaşır”. Bütün hallarda Arutunyanın Azərbaycan torpağında oturub ordan kiməsə şərt vermək şansı yoxdur. O, Azərbaycanda axtarışda olan cinayətkardır. Bizə imkan versəydilər, Arutunyan bir gündə həbs olunub Bakıya gətirilərdi. Çünki Arutunyan məhkəməlik bir fiqurdur. Amma müəyyən qüvvələr var ki, meydana çıxmaqla vəziyyəti gərginləşdirir. Qarabağın statusu haqda Fransa da, Moskva da danışır.

Arutunyan özünü siyasətçi adlandırsa da, o, heç kimdir. Heç kəsi də təmsil etmir. Qarabağda yaşayan ermənilər də başa düşür ki, Qarabağı nə müstəqil qurum kimi tanıyan, nə də ona dəstək verən olmayacaq. Çünki separatçı rejim sadəcə olaraq diaspora pulu ilə yaşayırlar. Sadəcə, zaman lazımdır ki, buna da son qoyulsun”.

 

 

F.Sadıqov Ter Petrosyanla Nikol Paşinyan arasında aparılan bu cür bənzətmə və müqayisələrdə müəyyən fərqli nanslar var:

 

“Bu şəxslər arasında zahirən oxşarlıq olsa da, yaddan çıxarmamalıyıq ki, Ter Petrosyan o vaxt işğalçı dövlətin başçısı idi. Paşinyan məğlub olan ölkənin başçısıdır və onu devirmək çətin məsələdir. Çünki ona rəqib olan Qarabağ klanı xeyli zəifləyib. Sadəcə olaraq güclü siyasi rəqibi də yoxdur. Onu da nəzərə almaq lazımdır ki, hələlik xaricdən də dəstək alır. Onu nəzərə alaraq Paşinyanla Petrosyanın vəziyyətində tam oxşarlıq görmürən. Amma istisna deyil ki, vəziyyət dəyişə bilər və Paşinyan zəif fiqur kimi hakimiyyətdən atılıb gedər”. /“həftə içi”/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?