Azərbaycan bu il dünyaya “Şuşanın pəncərəsi”ndən baxacaq

12:22 06-01-2022 | icon 311 | Cəmiyyət
Azərbaycan bu il dünyaya “Şuşanın pəncərəsi”ndən baxacaq

Orda fəhləsi də, vəzifəlisi də bir birindən seçilmirdi

 

2022-ci ilin “Şuşa İli” elan olunması işğaldan azad olunan bütün torpaqlarımızda növbəti mübarizə yolunun bələdçisi kimi dəyərləndirilir. Ona görə də Qarabağın Mədəniyyət Paytaxtı Şuşa bütünlüklə regionda gedən proseslərin sosial-iqtisadi, mədəni, ictimai-siyasi, geopolitik əhəmiyyətli fəaliyyət istiqamətlərinin mərkəzində dayanmağa məsuliyyətlidir. Və bu gündən Azərbaycan öz diyarına, tarixinə, eləcə də dünyaya Şuşadan dayanaraq baxacaq.

 

Tarixi dövrünü yaşayan ölkəmiz “Şuşa İli” ilə hansı startı götürmüş olur? “Şuşa İli” regiona, Qarabağa və onun iqtisadi siyasi inkişafına nələri vəd edir?

 

Bu istiqamətdə danışan siyasətçi və ictimai xadimlər “Şuşa ili”-nin əhəmiyyətini xüsusilə qeyd ediblər.

 

 

 

 

 

“Azərbaycana Şuşadan baxıb, dünyaya qəti bir mesaj verməkdir”

 

Şuşa, Ağdam, Xocalı, Xocavəndin deputatı Elman Məmmədov Şuşa ili ilə bağlı gözləntilərinin çox oduğunu deyib. Onun sözlərinə görə, 2022-ci ilin “Şuşa ili” elan olunması çox mətləblərdən xəbər verir:

 

“İlk öncə arzu etdiyimiz kimi, əhalinin Şuşaya qayıdışı başlayacaq. Yəqin ki, qış fəsli qurtarandan sonra biz bunu görəcəyik. Bu hadisəni bütün şuşalılar, hamımız gözləyirik. Şuşanın bərpası, aparılan quruculuq işləri, dünyada mədəniyyət şəhəri, Qarabağ xanlığının tarixini yaşadan bir şəhər kimi qurulması çox mühüm, əhəmiyyətli məsələdir”.

 

E.Məmmədov hesab edir ki, bu il tək Şuşaya yox, digər ərazilərimizə də müəyyən qayıdışlar olacaq. Onun sözlərinə görə, artıq Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi ilə qurulan Ağalı kəndi demək olar ki, hazır vəziyyətdədir, ora qayıdış başlayacaq:

 

“Eyni zamanda, rayonda yaradılan infrastruktur, kommunkasiyalar, əhalinin müəyyən ərazilərdə kütləvi qayıdışı mümkün olmasa da, müəyyən bir qisminin qayıdışına imkan yaradacaq. Müəyyən xidmət sahələrində çalışan insanlar ki, onların xeyli hissəsi 1 ildir ki, işğaldan azad olunan müəyyən ərazilərdə yaşamaqda davam edirlər. Məsələn, bu gün də öz ailəsi ilə Şuşada yaşayanlarımız var. Bu digər rayonlarda da var və getdikcə də artacaqdır”.

 

Deputat hesab edir ki, işğaldan azad olunan və hazırda bərpa prosesi gedən rayonlarımıza qayıdışın, məskunlaşmanın başlanması torpağın dirçəldilməsi və qorunması baxımından çox vacib şərtlərdəndir. Bu, düşmənin qalan ümidlərinin sınması, əhalimizin isə inamının, gücünün artması deməkdir. Paralel olaraq, ərazilərdə kənd təsərrüfatının, müəyyən sənaye sahələrinin inkişafı, iş yerlərinin yaradılması, həm iqtisadiyyatımıza töhfə olacaq.

 

E.Məmmədov Qarabağla, torpaqlarımızın bərpası ilə bağlı gözləntilərinin önündə dayanan ən mühüm məqamlardan biri kimi Zəngəzur dəhlizinin açılması, Azərbaycan sərhədlərinin tam şəkildə düşmənin üzünə bağlanması ideyasının üzərində dayandı:

 

“Biz təbii ki, bu il Zəngəzur dəhlizinin taleyinin həll olunmasını, açılmasını gözləyirik. Eyni zamanda Şuşa mərkəz olmaqla, təbii ki, digər ərazilərimizin – Xankəndinin, Xocalının, Xocavəndin, keçmiş Ağdərə rayonunun işğalçı separatçılardan təmizlənməsni gözləyirik. O ərazilərdə də bizim bayrağımız dalğalanmalıdır. Və o yerlər cinayətkar separatçılardan təmizlənməlidir. Bütün bunları gözləyirik”.

 

Deputat bu ilin “Şuşa İli” elan olunmasının mühüm siyasi əhəmiyyətə malik olduğunu bir neçə nüanslara toxunaraq qeyd edib:

 

“Vaxt var idi erməni separatçıları, işğalçıları özlərinin “ilan yuvasını” -mərkəzi qərargahlarını Xankəndidən Şuşaya köçürmək istəyirdilər. Şuşada cürbəcür oyunlar çıxardırdılar. Məlumdur ki, Laçın dəhlizi boyünca Şuşanın çoxsaylı kəndləri var. Bunların da taleyi həll olunmalıdır. O ərazilər rus sülhməramlılarının nəzarətində qalmamalıdır. Laçın dəhlizində, Ermənistanla sərhəddə hamımızın arzu elədiyimiz kimi bizim səhrədçilərimiz dayanmalıdır. Orada bizim sərhəd-keçid məntəqələrimiz olmalıdır. Sülhməramlı bizim üçün sərhəd qoruyan deyil. Sülhməramlılara da müəyyən məhdudiyyətlər qoyulmalıdır. Yeri gələndə onların dərsi də verilməldir ki, sən bura sülhməramlı kimi gəlmisən, erməni məramlı kimi yox. Sülhməramlıların qeyri-qanuni hərəkətəri həddən artıq çoxdur. Biz onların Azərbaycan qanunlarının ziddinə olan hərəkətlərinin qarşısının alınmasını gözləyirik.  Gözləntiləriniz çoxdur, Alllah xeyirlisin eləsin”.

 

E.Məmmədov eyni zamanda bildirib ki, “Şuşa ili” Azərbaycana Şuşadan baxıb, dünyaya qəti bir mesaj verməkdir. Deputat hesab edir ki, Azərbaycan həqiqətləri ortada olsa da, hələ də beynəlxalq aləmdən ikili yanaşmalar müşahidə olunmaqdadır:

 

“Beynəlxalq təşkilatları da orada təmsil olunan güclü dövlətlər müəyyən edir. Düzdür, hələlik bizə qarşı o qədər də aqressivlik sərgiləmirlər. Biz bunu Brüssel görüşü ərəfəsində və ondan sonrakı dövrlərdə Avropa İttifaqının qismində görə bildik. Müəyyən mənada ədalətli mövqe sərgilədilər və bunun davamlı olmasını arzu edərdik. Eləcə də ATƏT-in, digər təşkilartların, ABŞ senatında kök salmış ermənipərəst qüvvələrin də o qurumlarda “ipinun yığılması” arzu olunardı”.

 

Bütün hallarda E.Məmmədov ölkənin mövcud problemlərini yalnız güclü olmaqla həll etməyin mümkün olduğunu dedi:

 

“Beynəxalq aləmdə, siyasətdə, diplomatiya sahəsində uğurlarımız çox olduqca, iqtisadiyyatımız güclü olduqca, öz daxilimizdə sabitliyimiz, stabilliyimiz, birliyimiz möhkəm olduqca o beynəlxalq qurumların kənardan yaratdığı səs-küyün heç bir mənası olmayacaq. Bilməliyik ki, bu cür xarici qurumlar bizim kimi ölkələrində özlərinə yer eləmək üçün boş yer axrtarırılar ki, gəlib ölkəni çalxalasınlar. Biz öz daxilimizdə güclü olsaq, onların bizə təsirləri sıfır olacaq”.

 

 

 

 

 

 

“Şuşanın bərpası istiqamətində xüsusi dinamizm müşahidə olunacaq”

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında imzaladığı sərancam hər şeydən öncə Cənubi Qafqaz regionunda ölkəmizin iradəsi ilə yaranmış yeni geosiyasi reallıqların növbəti dəfə ifadəsidir. Onun fikrincə, müvafiq olaraq, “Şuşa ili”nin elan olunması hər şeydən öncə subliminal mesaj əhəmiyyətli kimi qiymətləndirilə bilər:

 

“Yəni, Azərbaycan öz torpaqlarının tam sahibidir və bu vəziyyət bir daha heç vaxt dəyişməyəcək. Ölkə Prezidenti tərəfindən imzalanmış sərəncam “Şuşa ili”nin elan olunmasının məqsədi və əhəmiyyəti haqqında aydın təsəvvürlər formalaşdırır. Belə ki, Prezident xalqımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik müraciətində bildirdi ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd ediləcək. “Şuşa ili”nin elan olunmasının başlıca məqsədi Şuşa şəhərinin bərpası prosesinin sürətləndirilməsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, 2007-ci ildən başlayaraq Azərbaycanda tematik illər elan olunmaqdadır. Bu unikal ənənə ən müxtəlif istiqamətlərdə kompleks fəaliyyətin həyata keçirilməsi ilə daha səmərəli nəticələrin əldə olunması baxımından həmişə əhəmiyyətli olub”.

 

E.Mirbəşir bildirib ki, “Şuşa ili” çərçivəsində Şuşa şəhərinin bərpası istiqamətində xüsusi dinamizm müşahidə olunacaq:

 

“Şuşa şəhərinin 2020-ci il noyabr ayının 8-də işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq ruhunu, qələbə əzmini sarsılmaz etdi. Şəhər işğaldan azad edilən kimi orada aktiv infrastruktur quruculuğuna başlandı. Bununla yanaşı, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada tarixi və abidələrinin abidələrin bərpası istiqamətində mühüm layihələrə həyata keçirilməyə başlandı ki, bu da şəhərin əsl tarixi simasının özünə qaytarılması baxımından olduqca əhəmiyyətlidir. Bildiyimiz kimi, Şuşa şəhəri tarixən bütövlükdə Cənubi Qafqaz regionun ictimai-siyasi və mədəni həyatında çox təsirli rol oynayıb. Bu baxımdan, Şuşa şəhərinin sürətlə dirçəlməsi regionun ümumi vəziyyətinin formalaşmasında müstəsna rol oynayacaq. Ayrıca olaraq, vurğulamaq istərdim ki, “Şuşa ili”nin elan olunması yerləşdiyi regionda cərəyan edən yeni geosiyasi proseslər Azərbaycanın maraqlarına uyğundur və ölkəmiz bu prosesləri yönləndirməkdədir”.

 

 

 

 

“Yeni ilin “Şuşa İli” elan olunması məni də çox qürurlandırır”

 

Şuşa Şəhəri Mədəniyyət və Turizm İdarəsinin müdiri Zahid Abbasov bildirib ki, yeni ilin “Şuşa İli” elan olunması yüzlərlə şuşalı kimi onu da çox sevindirir, qürurlandırır. O, hesab edir ki, “Şuşa İli” elə öz adına layiq olacaq:

 

“Dahi şəxsiyyətlərin adları ilə bağlı illərimiz olmuşdu, amma rayon, region adı ilə heç vaxt belə bir il olmamışdı. Gələn il Şuşanın 270 illiyi qeyd olunacaq. “Şuşa ili” bu mənada da əlamətdardır. “Şuşa ili” Şuşada gedən abadlıq işlərinin daha da sürətləndirilməsinə start olacaq. Bu, eyni zamanda bizim düşmənlərimizə, bütün dünyaya bir daha mesaj verir ki, Şuşa qədim Azərbaycan şəhəridir, biz onu unutmarıq və bütün Azərbaycan xalqı bu şəhəri sevir, qoruyur”.

 

Z.Abbasov Şuşanın baş planının hazır olduğunu və artıq 103 tarixi abidənin təmirinə start verildiyini deyib. O, qeyd edib ki, artıq sosial obyektlərin, istixanaların tikilməsi, bərpası başa çatdırılıb. Onun sözlərinə görə, işlər çox yaxş gedir köçürülmələr olmasa da, yəqin ki, yaxın zamanlarda ona başlanacaq:

 

“Biz şuşalılar Prezidentimizə, Ali Baş Komandanımıza dərin minnətdarlığımızı bildiririk. Neçə illər ürəyimizdə qalan arzumuzu yerinə yetirdi. Əlbəttə k, ordumuza çox minnətdarıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mən özüm də Qarabağ müharibəsi verteranıyam. Birinci Qarabağ müharibəsində 4 il Şuşanın müdafiəsində iştirak eləmişəm. Yəqin ki, yaxın zamanlarda Şuşaya köçməyə başlayarıq”.

 

Şuşanın tarixi abidə olduğunu deyən Z.Abbasov bu şəhərin məşhur memar Kərbəlayi Səfiqan tərəfindən böyük ustalıqla inşa edildiyini bildirib:

 

“Şuşa ilə bağlı o qədər gözəl memarlıq arxitekturası düşünülüb ki, şəhər mandalini xatırladır. Bilirik ki, Şuşada 17 məhəllə olub. Məhəllələr hamısı Bazar başı deyilən meydana gəlib çıxır. Hansı küçədən getsən gəlib çıxacaqsan o mərkəzə. Belə bir ansambl dünyada heç bir yerdə yoxdur. Əlbəttə ki, Şuşada dövlət tərəfindən qorunan 348-dən çox abidə var. O vaxt qeydiyyata alınan abidələrin sayı o qədər olub. Amma əslində daha çoxdur. Şuşanın hər bir daşı tarixi abidədir. Çünki Şuşada adi asfaltdan yollar çəkilmirdi. Yollar xüsusi yonulan daşlardan düzəldilirdi. Evlər də elə o daşlardan tikilirdi. Ona görə də gözəl bir ansambıl yaranırdı. Hər bir məhəllənin bulağı, hamamı, məscidi, çayxanası və sair məkanları xüsusilə zövqlə tikilirdi. Bu şəhər özü abidədir. Tarixi qoruq kimi qorunur. Fikirləşirsən ki, hansını deyim.  Bütöv Şuşa tarixi abidədir. Hazırda Pənah xanın sarayı layihsi hazırdır. Bu günlərdə onun təmirinə başlanacaq. Cıdır düzü özü də bir gözəllik simvoludur. Cıdır düzünün mənzərəsi, orda havanın oynaması xüsusilə gözəldir. Cıdır düzündə qayaların sağ-solu çökəklikdir, hər ayın bütün günündə orda həmişə təmiz hava olur. Şuşa zadəganlar şəhəri idi. Kimliyindən asılı olmayaraq, adi Şuşanın fəhləsi də axşam işdən evə gəlirdi, kostyumunu geyinib ailəsi ilə gedərdi Cıdır düzünə gəzməyə. Bu adət özü də elə belə şey deyildi. Orda fəhləsi də, vəzifəlisi də bir birindən seçilmirdi. O cəhətdən Şuşa həmişə sayılıb-seçilən şəhər olub. O vaxt bizim idarə Bakıya köçüb, amma ruhumuz həmişə Şuşa ilə olub. Allah deyən olsun, ki, yəqin ki, yaxın zamanlarda Şuşaya köçərik”. /“həftə içi”/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?