"Qazaxıstan Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər"

16:01 07-01-2022 | icon 183 | Geopolitika
"Qazaxıstan Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər"

Turan Rzayev: "Bu, qazax xalqına da ciddi zərər vuracaq"

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi yardım adı altında Qazaxıstana qoşun yeritməsi yanlış qərar idi. Kreml göz görə-görə bu addım ilə həm KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini pozdu, həm də Qazaxıstanda ikinci Əfqanıstan ssenarisinin yaranmasına imkan verdi.

 
 
 
Bunu Versus.az-a politoloq Turan Rzayev Rusiyanın Qazaxısatanda qurduğu oyunlara diqqət çəkərkən bildirib.
 
 
 
Politoloq bildirib ki, KTMT-dən hərbi yardımı Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev istəsə də bütün hallarda Kremlin buna razılıq verməsi qanunsuzdur:
 
 
 
"KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə qeyd edilir ki, ittiffaq üzvlərindən birinə kənar müdaxilə olarsa, digər üzvlər də ona hərbi yardım göstərə bilər. Bu zaman sual yaranır: Qazaxıstana hansı kənar qüvvə hücum edib ki, Kreml KTMT-nin bu ölkəyə gəlməsinə razılıq verib? Hər nə qədər etirazların pərdəarxasında Rusiya olsa da təqdim edilən görüntü qazax xalqının etiraz aksiyasıdır. Ancaq baş verən etiraz aksiyaları heç bir halda KTMT-yə və ya Tokayevə Nizamnamənin 4-cü maddəsinin 5-ci bəndindən istifadə hüququ tanımır. Digər bir məsələ isə Qazaxıstanın ikinci Əfqanıstan ssenarisi ilə üz-üzə qalmasıdır. Kremlin mövcud vəziyyətin gələcəkdə həm özü üçün, həm də Qazaxıstan üçün doğura biləcəyi ağır nəticələrin fərqində deyil. Məsələ ondadır ki, KTMT-nin Qazaxıstana müdaxiləsi və bu ölkədə uzun müddət qalması tədricən daxildəki antirus qüvvələrin güclənməsin gətirib çıxaracaq. Onsuz da dini radikalizmə meyilli olan qazax cəmiyyəti ruslara qarşı nifrətini radikalizm və ekstimizm formasında göstərəcək. Bu isə öz növbəsində regionda ikinci Taliban bəzəri hərəkatın yaranmasına, ikinci Əfqanıstan ssenarisinin ortaya çıxmasına gətirib çıxara bilər".
 
 
 
Politoloq bu fonda Almatıdakı toqquşmalar nəticəsində ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayının 14-ə çatmasına, ölənlərdən 3-nün meyidinin başının kəsilmiş vəziyyətdə aşkarlanmasına diqqət çəkib. O, burada da radikal islamın izlərinin hiss olunduğunu deyib:
 
 
"Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiyada radikal islamçılıq müeyilləri hər zaman güclü olub. Ehtimal işğal təhdidi və ya bu düşüncə belə əks hərəkət kimi radikalizmin canlanmasına gətirib çıxara bilər. Prinsip etibarilə radikal islamçı qazaxlara silahlı dəstək verəcək Taliban, İŞİD kimi qruplaşmalar, FETÖ terror təşkilatı kimi ideoloji qanadlarda mövcuddur. Bu isə nəinki Kreml və KTMT üçün problem olacaq, qazax xalqına da ciddi zərər vuracaq".
 
 
LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları