Şagirdlər arasında xəstəlik artır- Təhsil Nazirliyindən Açıqlama

16:51 07-01-2022 | icon 130 | Təhsil
Şagirdlər arasında xəstəlik artır- Təhsil Nazirliyindən Açıqlama

Hazırda ölkədə fəaliyyət göstərən orta təhsil ocaqlarında şagirdlər arasında yoluxma halları artıb. Müəyyən məktəblərin siniflərində şagirdlər arasında yoluxma simptomları (yüksək hərarət, öskürək və s.) müşahidə edilir.

 

 

Versus.az xəbər verir ki, bu vəziyyət valideynlərin haqlı narazılığına səbəb olub. Virusa yoluxan şagirdlər ənənəvi tədrisi davam etdirərək digər məktəbli yoldaşlarını da yoluxdururlar. Vəziyyət belə olan halda sual yaranır: bu cür məktəbələrdə ənənəvi tədris yenidən distant təhsillə əvəz oluna bilərmi?

 

Mövzu ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərdik. Qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov saytımıza açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalara uyğun olaraq ümumtəhsil müəssisələrində təhsilalan və təhsilverənlər arasında COVİD-19-a yoluxma halları baş verdikdə yoluxmanın miqyasından asılı olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə tədrisin forması dəyişdirilərək distanta keçirilir.

 

Onun sözlərinə görə, hazırda ölkədə mövcud olan 60 000 sinfin cəmi 28-i və 4 400-dən artıq məktəbin cəmi biri distant formada tədris aparır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?