Qazaxıstanı kim qarışdırır? - TƏHLİL

14:23 08-01-2022 | icon 129 | Geopolitika
Qazaxıstanı kim qarışdırır? - TƏHLİL

Nursultan Nazarbayev şansını buraxdı, onu sonadək rüsvay edəcəklər

 

İlin əvvəlindən Qazaxıstanda başlayan etiraz dalğası şübhəsiz ki, öz-özünə yaranmadı. Bir çox ekspertlər prosesin daxili sosial narazılıqlar fonunda baş qaldırdığını, bir çoxları isə prosesin xaricin iqtisadi-siyasi maraqları müstəvisində cərəyan etdiyini önə çəkirlər.

 

“Qazaxıstanı qarışdırmaq, qırğınlar törətmək kimin marağına xidmət edəcək və bu həmin güclərə nə verəcək” sualına cavab tapmağa çalışan ictimaiyyət hələ ki, məntiqsizliyi ilə diqqət çəkən proseslərin içərisində çaşıb qalılb.

 

Azərbaycan ictimaiyyəti türk dövləti olan Qazaxıstanda baş görənlərə görə narahatdır və bir çox hallarda hadisələr “1992-20 yanvar” hadisəsi ilə müqayisə olunur, uyğunlaşdırılır. Nə baş verir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə təhlillər aparan ictimai-siyasi camiyənin nümayəndələri - siyasi şərhçi Aydın Quliyev və türk tarixini araşdıran “Şərq”in baş redaktoru Akif Aşırlı maraqlı nüanslara diqqət çəkiblər. 

 

A.Quliyev bildirib ki, bu gün Qazaxıstanda proseslər mürəkkəbdir. Çünki söhbət elə bir ölkədən gedir ki, ona sahib olan hər kimsə eyni vaxtda Çin, Rusiya, Əfqanıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla sərhəd olan neçə milyon kvadrat kikometrlik ərazisi olan ölkəyə təsir etmək imkanı qazanacaq.

 

A.Quliyev proseslərin hələ 2021- ci ilin avqustundan cücərməyə başladığını və o vaxt mənsub olduğu mediada “Rusiya ilə Qazaxıstan arasında nə baş verir- Lavrov Nursultana xəbərdarlıq etdi” başlıqlı məqalələr dərc edildiyini bildirib:

 

 

 

 

“...Demək, prosesləri qızışdıran güc Qərb deyil

 

“Biz o zaman da bildirmişdik ki, Qazaxıstanda guya rus dilinin böyük təqibə məruz qaldığı barədə görüntü yaradılır, guya qazaxlar hansısa "dil polisi" yaradaraq qazax dilində danışmayanları təqib edirlər və guya Lavrov da Astanaya xəbərdarlıq edib ki, milli ayrı-seçkiliyə son qoyun.... Üstündən 7 ay keçəndən sonra Qazaxıstan kaşa kimi qarışdırılır... Və bütün Qazaxıstanı oda bürüyən kütlə tələb qoyur ki, Qazaxıstan KTMT-dən və Avrasiya İB-dən çıxsın, Rusiya ilə əlaqəni kəssin, Krımı Ukrayna kimi tanısın, Kosmodromu NASA-ya versin, demokratiya versin və sair... Tələblər elə qurulub ki, geosiyasətdən başı çıxmayanlar dərhal bu hadisələrin arxasında Amerikanın dayandığını ehtimal etsin. Ancaq “çörəyi qulağına yeyənlər" düşünə bilər. Amerika bu qədərmi düşüncəsiz oldu ki, əhalisinin 50 faizdən çoxunun rus olduğu bir ölkədə "məxməri inqilab" ssenarilərinə girişsin? Demək, prosesləri qızışdıran güc Qərb deyil. Ardınca baş verən növbəti hadisə - Rusiya ilk olaraq bəyanat verir ki, heç kim Qazaxıstanın daxili işlərinə qarışmasın. Yəni bu o deməkdir ki, Qazaxıstanın daxili işlərinə yalnız biz qarışa bilərik.

 

İndi də Nazarbayev bunların əvəzini alır. Tələblərin biri budur ki, Nazarbayevə vəzifə tutmaq qadağan edilsin. Proseslərin arxasında Amerika durursa, Nazarbayevə qarşı bu repressiv tələbə nə ad qoymaq olar? Bəs Nazarbayev 2020-ci ilin yanvarında ABŞ-a səfəri və Trampla görüşü zamanı Mərkəzi Asiyada 5+1 formatında əməkdaşlıq mexanizmi qurmağı təklif etmədimi? 5+1 beş Mərkəzi Asiya ölkəsi və ABŞ deməkdir”.

 

A.Quliyev Qazaxıstanda latın əlifbasının qəbul edildiyini, rus mənşəli yer adlarının milliləşdirildiyini, ümumtürk inyeqrasiyasına təşəbbüskar qaydada dəstək verildiyini önə çəkərək, bunun məhz Nursultan Nazarbayevin etdiyini vurğulayıb. O, eyni zamanda Qazaxıstan hadisələrində daha çox günahkar görünən Rusiyanın absurd iddia və yanaşmalarına da diqqət çəkib.

 

A.Quliyev məsələyə bu fonda yanaşaraq, Rusiya rəsmisinə “Qarabağda türk əsgəri olmaz, Qazaxıstanda erməni əsgəri olar” sualını da ünvanlayıb. O, bildirib ki, KTMT-nin Kollektiv Sülhyaratma Qüvvələrinin sırasında 70 nəfər Ermənistan hərbçisi də Qazaxıstana göndərilib:

 

“Qırğızıstan hələ öz qüvvələrini göndərməyib. Qırğızlar türk həmrəyliyi çərçivəsində hələlik ehtiyatlı davranır. Başa düşülür ki, qazaxlara silah qaldırmağa tələsmirlər.

Qarabağ müharibəsində ağır məğlubiyyətdən çıxmış acıqlı erməni əsgərini türkdilli dövlətə qayda-qanun yaratmağa göndərmək nə qədər doğrudur? Onların kəmfürsətlik edərək türk qazaxlardan qisas almayacağına kim təminat verəcək? Bolşevik inqilabından sonra ötən əsrin 30-cu illərində Mirzoyanın Qazaxıstanda milyonlarla qazaxın repressiya edilməsində iştirakını kim unudub? Bəs 2020-ci ilin noyabrında Qarabağda sülhyaratma qüvvələrinin tərkibi müzakirə olunanda Putin “ora türk əsgərləri göndərmək olmaz, çünki ermənilər qıcıqlanır” sözünü nə tez unutdu? Bəs Putin Qazaxıstana erməni əsgəri göndərəndə türk qazaxların bundan qıcıqlana biləcəyini niyə nəzərə almadı?”

 

A.Quliyev hesab edir ki, Qazaxıstanın bu günlərə qalmasında Nursultan Nazarbayevin ağır nəticələr vermis şəxsi hakimiyyət səhvləri böyük və bağışlanılmaz rol oynayıb. Onun fikrincə, növbəti təhlükələr bu istiqamətdə olcaq:

 

“Görəcəksiz ki, o tikib-qurmaların əvəzində və ya onlarla bərabər daha vacib görülməli işlər var idi. Nursultan Nazarbayev şansını buraxdı. Onu sonadək məhv və rüsvay edəcəklər. Çünki siyasi döyüşlərin belə səhnələrində bu cür fiqurları yaralayıb buraxmırlar, məhv edirlər”.

 

 

 

 

 

“Nazarbayev erası gözlərimiz önündə sona catır”

 

Türk tarixini araşdıran “Şərq”in baş redaktoru Akif Aşırlı bildirib ki, bu gün Qazaxıstan dünyanın diqqət mərkəzindədir.

 

Onun sözlərinə görə, “nə baş verir, nə olaçaq, hadisələrin axarı nələri doğura bilər” deyə beyin mərkəzlərləri baş sındırır:

 

“Qazaxıstan soy-kök, etnik baxımdan Azərbaycana doğma bir ölkədir. "Kremlin adamı"ndan Türk Dünyasının ağsaqqalına” qədər yol gəlib kecən Nazarbayev erası gözlərimiz önündə sona catır. Baş verən hadisələrin xronikasına baxsaq, əhalinin sosial vəziyyətinin ağırlığından istefa şüarlarınadək tələblərin sürətlə dəyişdiyini görərik. Lideri bəlli olmayan etirazçıların daha hansı tələblərlə cıxış edəcəyi, nələrin ortaya cıxacağı da aydın deyil. Yaxud vəziyyəti nəzarətdə saxlamağı bacarmayan, zəifləyın hakimiyyətin kiminlə, hansı siyasi qüvvələrlə dialoq aparacağı da sual altındadır. Cünki kütləni dövlətçiliyə zərər vermədən idarə edəcək siyasi qüvvə meydanda yoxdur. Demək olar ki, hakimiyyət idarəolunmaz kütlə ilə üz-üzə qalıb”.

 

A.Aşırlı hesab edir ki, Qazaxıstanda inqilab alovunun atəşə cevrilməsində uzun müddət hakimiyyətdə olan Nazarbayevin dəyişməz komandasının yeritdiyi yanlış sosial-iqtisadi siyasət dayanır. Onun fikrincə, etirazların yalnız qazın qiymətinin ikiqat artırılmasından doğması da uyğun yanaşma deyil:

 

“Qazaxıstanın son illər Turan yolunda atdığı addımlar, Nazarbayevin təkamüllə millət və dövlət inşası ücün calışmalarının bəlli mərhələyə catması Rusiyanın maraqları çərcivəsindən cıxması anlamına gəlir. Sirr deyil ki, Türk Dünyası Akademiyasının, Əhməd Yasəvi universitetinin qurulması, yerli idarəçiliyə Türkiyədə ali təhsil alanların irəli çəkilməsi rus kəşfiyyatının, hakimiyyətinin diqqətindən yayına bilməzdi. Qazaxların demoqrafiq üstünlüyü də burada nəzərə alınmalı faktorlardan biridir. Rus dilinin yerini qazax türkçəsinə buraxması, 2025-ci ildə latın qrafikasına keçidlə bağlı qərar və görülən işlər də burada əhəmiyyətli rol oynamaqdadır.

İkinçi mühüm faktor dünya ağalığına iddialı Çinin müstəqil Qazaxıstana qarşı gizlin siyasətindən doğur. Qazaxıstanla sərhəddə yerləşən Çin uyğur türklərinin sığınacaq və müqavimət yeri ola biləçək bir Türk Cümhuriyyətinin sabitliyini, iqtisadi gücünün artmasını istəmir”.

 

A.Aşırlı ən maraqlı məqam kimi Türkiyənin Qazaxıstanda baş verənlərə münasibəti və kənar qüvvələrin oyunlarının qarşısının alınması ücün görə biləcəyi tədbirlər və planlarla bağlı olduğunu deyib. O, verilən xəbərlərə əsasən Ərdoğanla Dövlət Baxçalının görüşdüyünü və dövlətçiliyi sual altında olan Qazaxıstanın müzakirə olunduğunu ehtimal edib.

 

A.Aşırlı bu gün “Türkiyə nə edəcək və nə etməlidir” sualının yarandığını deyib. Onun fikrincə, rus qoşunlarını Qazaxıstana cağıranlar, ölkəsini qan gölünə cevirənlər xəyanətkardır, tarixdə də belə qalacaqlar:

 

“Ola bilsin, Tokayev rus süngüsü ilə hakimiyyətini 3-5 il uzatdı, amma xalqı qırğına verməsini, Qazaxıstanın kövrək, qarış-qarış, addım-addım güclənən müstəqilliyini yad ölkəyə satmasını nə xalq, nə də tarix bağışlamayacaq. Nazarbayevin diktatorluğuna, avtoritar rejiminə, korrupsiyasına söz yoxdur. Baş verənlər onu göstərir ki, bu qoça diktator böyük Qazaxıstanı Rusiyanın fəndlərindən, istilasından 30 il qoruya bildi, böyük ölkənin kicilməsinə, parcalanmasına imkan vermədi. İxtişaşların ilk günü onun vəzifədən kənarlaşdırılması, qeybə cəkilməsi rus qoşunlarının cağrılması ücün idi. Nazarbayevin ən böyük günahı bütün diktatorlar kimi sivil mübarizə yolu secən siyasi müxalifətə amansız olması, ölkənin daxilində fəaliyyətə imkan verilməməsi olub. Böyüklərin günahı da böyük olur. Bəziləri deyir xalq avtoritar rejimdən bezib, müstəqillik, demokratiya istəyir. Tamam, indi ölkəyə işğalçı qoşun gəlib, həmin xalq müstəqilliyin qorunması üçün dirəniş göstərirmi və göstərəcəkmi? Deməli, xalq adından danışılanlar sadəcə manipulyasiyadan başqa bir şey deyil”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?