“İlk baxışdan elə görünür ki, bu, Türkiyə üçün sürpriz oldu”

14:31 08-01-2022 | icon 127 | Geopolitika
“İlk baxışdan elə görünür ki, bu, Türkiyə üçün sürpriz oldu”

Natiq Cəfərov: “Xarici işlər nazirlərinin toplantısı müəyyən qərarların alınması ilə yadda qala bilər”

 

Xəbər verdiyimiz kimi, yanvarın 11-də Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək. Videokonfrans formatında baş tutacaq iclasın əsas mövzusu Qazaxıstandakı vəziyyət olacaq. Konvrans Qazaxıstanla bağlı sürpriz dolu suallara aydınlıq gətirə biləcəkmi və ümumən hansı reallığı ortaya qoya biləcək?

 

Versus.Az xəbər verir ki, politoloq Natiq Cəfərli açıqlamasında bildirib ki, baş verən hadisələrdən sonra Tokayev hakimiyyətdə qalsa belə, Qazaxıstan ciddi islahatlara gedəcək.

 

Politoloqun sözlərinə görə, bu islahatlarda Türkiyənin təcrübəsi önəmli rol oynaya bilər:

 

“Hesab edirəm ki, xarici işlər nazirlərinin məlum toplantısı bu yöndə müəyyən qərarların alınması ilə də yadda qala bilər.

Xarici işlər nazirlərinin məlum toplantısı gələcəkdə Qazaxıstanın tamamilə müstəqilliyinin itirilməməsi üçün türk dövlətlərinin nə edə biləcəyi ilə bağlı ümumi müzakirələr ola bilər”.

 

N.Cəfərli bildirib ki, Qazaxısatanda baş verən hadisələr ilk baxışdan elə görünür ki, bu, türk dövlətləri, xüsusən də Türkiyə üçün bir sürpriz oldu:

 

“Hadisələr başlayandan sonra bir neçə gün heç bir reaksiya gəlmədi. Nəhayət dünəndən başlayaraq, Türkiyə dövlət rəsmilərinin, o cümlədən xarici işlər nazirinin açıqlamaları oldu.  Nəticə etibarilə Qazaxıstanda hadisələrin bu cür cərəyan eləməsi  proqnozlaşdırılması mümkün olmayan bir hadisə kimi yadda qaldı”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?