"Rusiya Qarabağda istədiyini edə bilməz"

15:17 08-01-2022 | icon 141 | Geopolitika
"Rusiya Qarabağda istədiyini edə bilməz"

“Prezident İlham Əliyevin Rusiyanın hakim  Vahid Rusiya Partiyasına Vitali Milonovun Xankəndinə qanunsuz səfəri ilə bağlı Dmitri Medvedevə etiraz məktubu Kremlə ciddi mesajdır”.

 

 

Bunu Versus.az-a politoloq Məhəmməd Əsədullazadə rus siyasətçilərinin Qarabağa səfərləri ilə bağlı ictimaiyyət və rəsmi müstəvidə ortaya çıxan narahatlıqla bağlı şərhində bildirib.

 

 

Politoloq bildirib ki, Rusiya etnik ermənilərin yaşadığı kiçik bir ərazidə qondarma "rus icmasi" yaradib. Burada Rusiyanin elm və mədəniyyət xadimlərinin abidələrini ucaldıb.

 

“Baş verənlər təbii ki, rəsmi Bakını narahat etməyə bilməzdi. Rusiya dumasının bir neçə üzvü Xankəndi yolunu "su yolu" ediblər. Rusiya Qarabağda istədiyini edə bilməz. Burada "rus icması" təsis etməklə Azərbaycanın suverenliyinə bir təhdid yaradırlar”.

 

M.Əsədullazadə hesab edir ki, məhz prezidentin etiraz məktubunu Moskvaya xəbərdarlıq kimi qiymətləndirmək olar.

 

“Rusiya Qarabağda sülhməramlı qüvvələrinin məsuliyyət zonasında  "ruslaşdrima" siyasəti aparmağa cəhd edir. Bunun qarşısının alınması üçün prezidentin məktubu Kremlin Qarabağda "hoqqalarına" son verilməsi üçün Bakının hərəkətə keçəcəyinin mesajıdır”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?