"... məktəb öz öhdəliklərini yerinə yetirmir"

16:03 08-01-2022 | icon 128 | Təhsil
"... məktəb öz öhdəliklərini yerinə yetirmir"

 Şagirdin döyülməsinə valideynlər niyə sərt reaksiya verir?

 

 

Versus.az xəbər verir ki, belə bir sualla özünün sosial şəbəkə hesabından sosial-ictimai sferaya müraciət  ünvanlayan təhsil eksperti Kamran Əsədov,  həmin sualla bağlı paralel açıqlama verərək şagirdlərin valideynlərinin və təhsil idarələrinin diqqətini mühüm bir məqama yönəldib. 

 

"Orta məktəbi 2010-cu ilə qədər bitirənlər müəllimləri tərəfindən, hətta direktoru tərəfindən döyülüb.
Sovetlər dönəmində və ötən əsrin 90-cı illərində orta məktəbdə oxuyanlar isə bunu daha çox yaşayıb.
Mən də orta məktəbdə oxuyanda müəllimim döyüb.  Bəli, bizi müəllim, direktor döyəndə dərsə hazır gəlmədiyimiz üçün döyərdi və evdə desə idik evdə də döyərdilər ki, bəs sən nə etmisən ki, müəllimin döyüb. Bəs indi niyə sərt reaksiya, tənqid olunur döyən müəllim, direktor?"
 
 
K.Əsədov hesab edir ki, bu gün ictimailəşən məlum problemin kökündə məhz təhsilimizdəki boşluqlar dayanır:
 
 
"Çünki indi məktəb öz funksiyasını yerinə yetirə bilmir.
Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi. Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü.
Bəs indi necədir vəziyyət?"
 
 
Təhsil eksperti o məsələnin üzərində dayanıb ki, məktəblər yetərli qədər ailələrə dəstək ola bilmir, uşaqları bilik və bacarıqlara yiyələndirə bilmirlər. Bütün məsuliyyət valideynin üzərindədir. Belə olan halda da mövcud vəziyyət yaranır:
 
 
"Şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırıq kurslarına gedir. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına. Yəni valideynləri şagird üçün indi həm maddi, həm mənəvi digər bütün resurslarını səfərbər edir. Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür.
Bunun ardınca əlbəttə ki, valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övladımı böyütmüsən ki, onu da döyürsən".
 
 
 
K.Əsədov sosial şəbəkədə belə bir qənaəti bölüşüb ki, məktəb öz məsuliyyətini dərk etmir, məktəb öz öhdəliklərini yerinə yetirmir:
 
"Bunları da məktəbi idarə edənlərin yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün fiziki zorakılığa üz tuturlar. Bu fikirlər o demək deyil ki, mən 10-15 əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz. Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir".
 
 
GÖZƏL
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları