Şəhid anaları ilə GÖRÜŞ

20:10 09-01-2022 | icon 80 | Cəmiyyət
Şəhid anaları ilə GÖRÜŞ

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” İB-nin sədri F.Balakişiyeva şəhid Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva, şəhid Şahmar Seyidovun anası Əsməgül Seyidova,  I Qarabağ müharibəsində tək qardaşı Müzəffər İmanov, II Qarabağ müharibəsində tək övladı Emil Əmirov şəhid olmuş Mingəçevir şəhər sakini Xanımnaz İmanova ilə görüşüblər.

 

Versus.Az xəbər verir ki, millət vəkili düşmən üzərində tarixi qələbəmizlə sonuclanmış Vətən Müharibəsinin birinci ildönümünü, Zəfər Bayramımızı xalqımızın, dünya azərbaycanlılarının, Azərbaycan dostlarının və dünyadakı bütün məlumatlı tərəqqipərvər insanların fərəh və qürurla qeyd etdiyini deyib, ürək sözlərini bölüşüb.

 

Qənirə Paşayeva bildirib ki, bu fərəh, qürur ilk növbədə şəhid analarının haqqıdır:

 

“Biz sizə çox minnətdarıq. Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik. Vətəncanlı oğlunuz ərazi bütövlüyümüzün bərpa edilməsi, torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib, şəhadlik mərtəbəsinə yüksəlib. Şəhidlərimizin qanı yerdə qalmayıb, yağı düşməndən ağır qisas alınıb. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə dalağalanan müqəddəs bayrağımız şəhid ruhlarını şad edir! Əziz şəhid anası, Sizi yeni təqvim ilinin başlaması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm”.

 

Şəhid anaları övladlarının həyat və döyüş yolundan danışıblar. Komitə sədri şəhid analarına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

 

QEYD:

 

Şəhid Nurlan Şükür oğlu Quliyev (04.12.1995, Qaraxanlı, Ağcabədi - 01.11.2020, Şuşa rayonu) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə başlanan Vətən Müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub, Ağcabədi rayonunda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Nurlan Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Ruhu şad olsun!

 

Şəhid Şahmar Fikrət oğlu Seyidov 1997-ci il fevralın 21-də Mingəçevir şəhərində doğulub. 2020-ci ilin iyulunda hərbi xidmətə çağırılan Şahmar Seyidov, Talış-Suqovuşan istiqamətində döyüşüb. Ərazilərimizin azad olunması uğrunda aparılan Vətən Müharibəsinin ən qızğın dövründə - 2020-ci il oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb. Şəhid əsgərimiz doğma Mingəçevirdə dəfn olunub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən Şahmar Fikrət oğlu Seyidov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Ruhu şad olsun!

 

Şəhidi Emil Zaman oğlu Əmirov (09.12.2000, Mingəçevir — 14.10.2020, Tərtər) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladığı Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

 

 

PƏRİ
Versus.A

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları