Tennisçinin apellyasiya şikayəti təmin edildi

12:13 10-01-2022 | icon 72 | İdman
Tennisçinin apellyasiya şikayəti təmin edildi

Serb tennisçi Novak Cokoviçin apellyasiya şikayəti təmin edilib.

 

Melburndakı Avstraliya Federal Məhkəməsi bu ölkəyə vizasının ləğvi və ölkənin sərhədindən deportasiya qərarının qanuni olmasına etiraz edən serb tennisçi Novak Cokoviçin apellyasiya şikayətini təmin edib. Bu barədə iclasın onlayn yayımı zamanı hakim Entoni Kalli məlumat verib.

 

Federal Dairə Məhkəməsinin hakimi beş saat davam edən iclasdan sonra Avstraliya hökumətinin serb tennisçinin vizasının ləğv edilməsi barədə qərarını dəyişib. 

 

Məhkəmə qərarı ilə həmçinin müttəhimin bütün məhkəmə xərcləri ödənməli və Cokoviçin 6 yanvar 2022-ci ildən qaldığı miqrantlar üçün oteldən dərhal azad etmək üçün bütün lazımi addımlar atılmalıdır.

 

Serb tennisçi çərşənbə günü axşam Melburn hava limanında sənədlərlə bağlı problemlərə görə saxlanılıb. Daha sonra məlum olub ki, Cokoviç Avstraliya sərhəd rəsmilərinə COVID-19 peyvəndi ilə bağlı qanuni formada vaksindən azad olmasına dair sənədləri təqdim edə bilməyib. Bütün gecə davam edən prosesdən sonra idmançının vizası ləğv edilib, onun özünə də ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilib. Cokoviç sərhəd xidmətinin qərarının qanuniliyinə etiraz edərək Avstraliya Federal Məhkəməsinə müraciət edib.

 

Cokoviçin vizasının ləğvi ilə bağlı qalmaqal fonunda Avstraliya Federal Sərhəd Xidməti COVID-19 peyvəndlərindən azad edilmiş və lazımi peyvəndlər olmadan ölkəyə gələn Açıq Avstraliya Çempionatının daha iki tennisçisinin sənədlərinə yenidən baxıb və çexiyalı tennisçi Renata Voraçovanın vizasını ləğv edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”