"Rusiyanın KTMT qoşunlarını Qazaxıstandan çıxarmaq fikri yoxdur"

16:56 10-01-2022 | icon 87 | Geopolitika
"Rusiyanın KTMT qoşunlarını Qazaxıstandan çıxarmaq fikri yoxdur"

Samir Hümbətov: "Putinin bu açıqlamasını ikibaşlı da hesab etmək olar"

 

2022-ci ilin ilk günlərindən etibarən Qazaxıstanda başlayan etiraz aksiyalarının arxasında kimlərin olması, deyəsən, yavaş-yavaş gün üzünə çıxmağa başlayır. Təbii ki, burada ilk ağıla gələn yanvar ayının 5-dən 6-a keçən gecə Qazaxıstan prezidenti Qasım-Cömərd Tokayevin dəvəti ilə tələsik şəkildə ordusunu Qazaxıstana göndərən Rusiyadır. Rusiya prezidenti Vladimir Putin açıqlama verərək bildirib ki, Qazaxıstanda baş verənlər təcavüz aktdır. İndi burada maraqlıdır ki, təcavüz aktı deyərkən Rusiya kimi nəzərdə tutur? Öz ordusunu ya orada etiraza qalxmış insanları?

 
 
 
Bu istiqamətdə Versus.az-a şərh verən politoloq Samir Hümbətov bildirib ki, Qazaxıstandakı hazırkı status-kvo Rusiya üçün qənaətbəxş hesab edilir.
 
 
 
"Çünki, Rusiya KTMT adı altında öz qoşunlarını hələ uzun müddət Qazaxıstanda saxlamaq niyyətindədir və bu addım Rusiyanın maraqlarına xidmət edir. Hesab edirəm ki, Rusiyanın bu məmnunluğunu Vladimir Putinin verdiyi açıqlamadan da aydın şəkildə anlamaq mümkündür. Putin bildirib ki, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələri lazım olduğu qədər Qazaxıstanda qalacaq. KTMT Qazaxıstanda beynəlxalq terrorçulara sədd qoyub. Qazaxıstandakı iğtişaşlar kortəbii bir hərəkət deyildi"".
 
 
 
S.Hümbətov bildirib ki, Putinin bu açıqlamasını ikibaşlı da hesab etmək olar:
 
"O zaman sual oluna bilər ki, Putin haradan bilir ki, oradakı terrorçular kortəbii təşkil edilib ya sistemi? Deməli sözügedən şəxsin bu məsələdən az ya çox dərəcədə məlumatı var. Rusiya prezidenti eyni zamanda çıxışı zamanı bildirib ki,“Biz Qazaxıstanda beynəlxalq terrorizmin təcavüzünü müşahidə edirik. Silahlılar “qaynar nöqtələr”də təlimlər keçiblər”. Putinin bu açıqlaması da diqqəti çəkən fikirlərdəndir. Hadisələrlə bağlı belə əminliklə danışmaq üçün hadisələrin necə təşkil edilməsi və hansı prespektivə malik olması haqqında məlumata sahib olmaq da lazım gəlir. Vladimir Putin Qazaxıstanda baş verənləri Ukraydana baş verənlərlə müqayisə edərək Maydan texnologiyasından istifadə olunduğuna işarə vurub. O bildirib ki,“Ölkədə baş verənlər xaricdən müdaxilənin nəticəsidir”. Putinin bu açıqlamsı hadisələri birbaşa Qərbin, daha dəqiq desək ABŞ-ın üzərinə yönəltməyə cəhd kimi də qiymətləndirilə bilər. Hesab etmək olar ki, Rusiya baş verən prosesləri birbaşa Qərbin təsiri altında olduğuna vurğu etmək istəyir".
 
 
 
Politoloq  nəhayət, Rusiya prezidentinin açıqlamasınan belə qənaətə gəldiyini bildirib ki, KTMT-nin “sülhməramlıları” heç də qısa müddət ərzində Qazaxıstandan çıxmaq niyyətində deyillər:
 
 
"Vladimir Putin bildirib ki, sülhməramlı kontingent vaxtı gələndə Qazaxıstan ərazisindən çıxarılacaq. Bu isə o anlama gələ bilər ki, Rusiya üçün Qazaxıstanda uzun müddət qeyri-stabilliyin tərəfdarıdır. Yəni uzun müddət belə davam edərsə, Rusiyanın Tokayevə başqı edərək qoşunlarının Qazaxıstanda daha da artırılması və uzunmüddətli saxlanılması üçün əlverişli şərait yaranmış olacaq. Görünən odur ki, Rusiya üçün 2500 nəfərli qoşun hissəsinin Qazaxıstanda olması kifayət etmir".
 
 
LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”