"Turizm şirkətinin çoxu öhdəlikləri yerinə yetirə bilmir"

08:28 14-12-2018 | icon 77 | Cəmiyyət
"Turizm şirkətinin çoxu öhdəlikləri yerinə yetirə bilmir"

 

"Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadənin sözlərinə görə, Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Lakin onların hamısı elan etdikləri xidmətləri, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər:

 

"Bu isə ölkənin ümumi imicinə, turizm sənayesinə xələl gətirir. Hansısa bir turist Azərbaycana gəlib lazımi səviyyədə xidmət almadıqda o, öz ölkəsinə qayıtdıqdan sonra ayrı-ayrı şəxslər haqqında deyil, ümumən ölkə haqqında rəyini bildirir. Bu da bizim nüfuzumuza zərər vurur. Ona görə də belə halların qarşısını almaq üçün hansısa bir mexanizmin tətbiqi məsələsi müzakirə edilir".

 

Agentlik rəsmisi qeyd edib ki, həmin mexanizmlərdən biri Turizm Reyestrinin yaradılmasıdır:

"Digər mexanizm dövlətin öz əlində olan alətlərdən istifadə etməsidir. Amma bütün hallarda biz ilkin şərt olaraq, bunu deyirik ki, turizm sənayesinin iştirakçılarına təzyiq olmasın, maneə yaradılmasın, onlara dəstək göstərilsin. Biz məqsəd qoymamışıq ki, şirkətlərin sayı azalsın. Əsas məsələ xidmətin səviyyəsinin yüksəldilməsidir. Kim yüksək xidmət göstərə bilirsə, göstərsin, ölkəmizdə bazar açıq, biznes mühiti sağlamdır".

 

K.Quluzadə əlavə edib ki, turizm şirkətlərinin reyestrə hansı şərtlər çərçivəsində daxil olması məsələsi də hazırda müzakirə edilir:

"Biz bu detalları bu gün açıqlaya bilmirik, çünki bu meyarlar hələ müzakirə edilir. Ümumiyyətlə isə reyestrə, bütün şirkətlər daxil ola bilərlər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...