DYP-dən XƏBƏRDARLIQ

10:55 11-01-2022 | icon 76 | Sosial
DYP-dən XƏBƏRDARLIQ

“4000 manata qədər cərimə oluna bilərlər”

 

Paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan ərazilərdə yerlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt edilir. Bu isə onsuz da gərgin olan şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur.

 

Versus.Az xəbər verir ki, küçələrdə piyada və sürücülərin hərəkətini məhdudlaşdırmağa yönələn addımlar - şlaqbaumların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir. 

 

Bəzən sahibkarlar tərəfindən avtomobil yolunun bir hissəsi yerə dubalar bərkidilərək zəbt edilir.

 

Bəs belə bir addımlara yol verən şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq hansı məsuliyyət gözləyir?

 

Versus.Az xbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis mayoru Araz Əsgərli məsələyə münasibət bildirib.

 

O bildirib ki, yolların hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır:

 

“Belə ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimə oluna bilərlər.

Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərəkətinə maneə yaratmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ etmək cəmiyyət olaraq bizə üstünlük gətirər. Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?