“Oxşar ssenariləri bizdə də kopyalamağa çalışırlar”

 

12:01 11-01-2022 | icon 85 | Siyasət
“Oxşar ssenariləri bizdə də kopyalamağa çalışırlar”
 

 

Qazaxıstan hadisələri müxtəlif aspektlərdə təhlil olunmaqla yanaşı, 1990-cı ildə rus ordusunun Bakıda törətdiyi 20 yanvar faciəsi ilə də eyniləşdirilir. Qazaxıstan hadisələrinə SSRİ-nin bərpası, Avrasiya İttifaqının inkişafı, KTMT-nın digər ölkələrə girməsi üçün yeni bir president yaratması istiqamətində işlənilən ssenari kimi yanaşılır.  Baş verən hadisələrdən dolayı Azərbaycan üçün Qarabağda Rusiyanın işğalçı siyasətinin bitmədiyi və bir təhlükə mənbəyi kimi təqdim olunması da birmənalıdır.  Azərbaycanla Qazaxıstanın müqayisə olunmasının reallığı nədir və hansı addımlar atılmalıdır?

 

 

Versus.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa özünün sosial şəbəkə hesabında verdiyi şərhdə Qazaxıstan hadisələrindən həvəslənib oxşar ssenarilərin Azərbaycanda da hazırlanmasına cəhdlərin olduğuna işarə edib. F.Mustafa bu cür təhlükələrdən uğurlu qorunmağımız üçün cəmiyyətin dialoqa qayıtmasının vacibliyini vurğulayıb.

 

“Qazaxıstanda hələ ki, ağız deyəni qulaq eşitmir. Hər kəsin hər kəsə xalq qarşısında, Vətən qarşısında, Dövlət qarşısında, şəhidlərimiz qarşısında borcunu xatırlatmaq üçün Dialoqa qayıtmalıyıq.

 

Şuşa ilimizi, Zəngəzur yolumuzu yarımçıq qoymamaq üçün xalqın, dövlətin başından ayağınadək qan dövranının sağlam dolaşmasına məsuliyyət daşıdığımızı anlamalıyıq. Oxşar ssenariləri bizdə də kopyalamağa çalışırlar. Əgər qələbənin, xalqın, dövlətin, Şuşanın, Zəngəzurun dəyərini bilirsinizsə, məsuliyyətini daşıyırsınızsa, hökmən bunu sezəcəksiniz.” 

 

 

F.Mustafa 1990-cı ilin yanvarında Bakıda törədilən qırğınla, Qazaxıstanda baş verən hadisələrin ssenarisinə diqqət çəkib.

 

“1990-cı ilin yanvarında hansı ssenari vardı? Küçəyə çıxanın adı xalq idi. Həmin xalq da silahlanmışdı: armaturla, əl qumbaraları ilə. Bir də mərhum Xəlil Rzanın dediyi yumruqla silahlanmışdı. Şəhərdə ilk öncə məchul şəxslər tərəfindən qondarma erməni ovu ssenarisi işə düşdü. Sonra da hamımız küçələrdə, barrikadalarda böyük dirəniş qələbəsini qeyd etməyə çıxdıq. Nəticədə Sovet ordusunun əsgərlərinin gülləbaranından başlayan fövqəladə vəziyyət və hakimiyyət dəyişikliyi. O zaman təkəldə olan məhdud informasiya məkanında xalq sözünü artıq ekstremistlərlə əvəz etmişdilər. Nəticədə Qarabağa yaxınlaşaq dediyimiz halda Qarabağdan daha bir addım uzaqlaşdıq. Ancaq 20 yanvarda tökülən qan az da olsa bizi dünya reallığını anlamağa yönəltdi. Az-çox ağlı başında olan insanlar Maltadakı gəmidə Buş-Qorbaçov görüşündən şübhələnməyə başladı. Bu, Xəzərin o tərəfinə boylanıb Qazaxıstan faciəsinin sevincini yaşayanlar üçün sadə bir xatırlatma idi. Orada da eyni qaydada xalq ayağa qalxdı. Mövzunun nə olmasının əhəmiyyəti yoxdur. Bu Qarabağ da ola bilər, maye qaz da, qazlı su da, ağ un da! İlk öncədən artıq real hakimiyyətdə olmayan Elbası Nursultanın istefasını tələb etdilər. Bir neçə il sonra qazax qardaş- bacılarımız qəfildən bir-birindən mütləq soruşacaqlar: niyə məhz Nursultan? Sonra polislərə hücum edildi. Maşınları, binaları yandırdılar. Molla Nəsrəddinin yorğan davasına bənzəyən bir ssenari baş tutdu. Dava Nursultan davası idi. Qonşunun qoşununun gəlməsi üçün əngəl olan Nursultan getməliydi. Nursuz, Sultansız Qazaxıstan lazım idi. Bütün informasiya vasitələrində dərhal tanıtımlar dəyişdi. Artıq xalqdan söhbət getmir. Təxribatçı, bandit, soyğunçulardan danışılır. Xalqın adından da kollektiv təhlükəsizlik qoşunlarını ölkəyə çağırdılar. Həm də xalqı qarətçilərdən, təxribatçılardan qorumaq üçün. Nə olacaq? Heç nə! Belorusa nə oldu ki?”

 

 F.Mustafa hesab edir ki, Qazaxıstan bu təlatümdən sonra demokratiya qatarı kimi yarı Şərq, yarı Qərb relsləri üzərindən şütüməyəcək. Onun fikrincə, onsuz da bu ölkədə Nursultanın iradəsi ilə Orta Asiya üçün mümkün olan demokratiya var idi.

 

“Ən azı addım-addım məqsədyönlü şəkildə gerçəkləşən qazax idealı vardı.  Amma müstəqil qatar olmaq istəyən dövlətlərin xalqı camaat qafası ilə mühakimə yürüdəndə onun dövlətini də idarəsiz vaqon kimi başqa qatarlara qoşurlar.

Nursuz, Sultansız Qazaxıstanın maye qazı da olacaq, yemək-içməyi də! Bəlkə də daha çox olacaq. Ancaq burada türklərin Məkkəsi kimi Nursultanın yaratdığı Türküstan şəhərinin ruhu Qazaxıstanın canından uçub gedəcək...Əlbəttə Kosmodroma- Baykanura! Amma Bayka Nur qazax üçün əsla Sultan Nur olmayacaq!”(hafta.az)

 

Tahirə Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”