"Türk Birliyini heç kim sındıra bilməz"

12:06 11-01-2022 | icon 85 | Geopolitika
"Türk Birliyini heç kim sındıra bilməz"

İlqar Altay: “Qərb Türkiyəni zəiflətməklə hansı siyasi məntiqə əsaslanır?”

 

Yanvarın 11-də, Türk Dövlətləri Təşkilatı üzvləri xarici işlər nazirlərinin Kazaxstandakı durumla bağlı, fövqəl iclası keçiriləcək. Xəbər verildiyi kimi Türkiyə XİN-ə istinadən, “Anadolu” bu xəbəri yayıb.

 

Bu barədə versus.az-a şərh verən hüquq eksperti İlqar Altay bildirib ki, bəziləri Türkiyə, Türk Birliyinin Qazaxıstandakı hadisələrə çevik və sərt müdaxilə etməməsinə qınaqla yanaşır. Ancaq nəzərə almırlar ki, bu hadisələr müstəqil bir dövlətin daxilində baş verən prosesdir. Və həmin dövlətin də özü əgər məsləhət, müraciət etmirsə, mühüm, fövqəladə anda üzünü şimal Moskvaya, KTMT-na tutursa, Türkiyə, Türk Birliyi burada nə etsin, necə etsin?

 

İ.Altay qeyd edib ki, ümumiyyətlə, son illər həm iqtisadi, həm hərbi baxımdan qat-qat ondan aşağı olan Rusiyanın xarici, regional siyasətdə əl-qol açmasında və Qərbi üstələməsində, Qərbin səhvləri böyükdür:

 

“Əvvəl, Ukrayna məsələsində ona dəstək verməkdə gecikdilər, gec ayıldılar və Krım, Donbass əldən getdi. 2 il əvvəl, Lukaşenko Qərbə meylli olan vaxtda, onu, liberal-demokratik adı ilə etirazçılar ortaya salıb təhdidlərlə mərdi qovub namərd etdilər və o da prezident səlahiyyətindən istifadə edib ölkəni Putinin yanına apardı. Bizim Azərbaycan apardığı 44 gün savaşda Fransa, ABŞ Konqresi ortaya düşüb erməninin tərəfini tutmurdularmı?! İndi də, görürlər, NATO ölkələri içində Rusiyanın qarşısına çıxan, mərdlik ilə qabağında dayanan, ümumiyyətlə dünyada yeganə dövlət Türkiyədir. Həm Suriya və Liviya proseslərində cəsurluqda, həm, Qarabağda Azərbaycana açıq, qəti qardaş dəstəyi ilə Ərdoğan Moskvanı, Putini çəkindirib, yerinə oturda bilib. Bu halda, Qərb Türkiyəyə dəstək vermək yerinə, ona çətin, ağır iqtisadi böhranda yardım vermir, üstəlik daha xeyli maliyyə çətinlikləri də yaradır, deyilənlərə, məlumatlara görə Türkiyəninsə bu halda təbii ki, başı öz daxili, ağır problemlərinə, düşdüyü çuxurdan çıxmağa qarışır. Xarici, Türk Birliyi siyasətinə də, məcburi ara verməklə. Və Orta Asiyaya təsir, nüfuz imkanı düşünən Qərb anlamır ki bu türk regionudur, üç antitürk dövlətin - Rusiya, Çin və İranın məngənəsindədir. Bu regionun azad, müstəqil olmasında isə əsas faktor Türkiyə və onun rəhbərliyi təşkilatçılığı ilə Türk Birliyi ola bilər. O regiondakı bütün türk xalqları Türkiyəni özlərinə əsas qardaş istinad, güvən amili sayır. Mərkəzi Asiya türk regionu, Qazaxstan adlı narahatçılığı çəkən Qərb, Türkiyəni zəiflətməklə hansı siyasi məntiqə əsaslanır, çox təəccüblüdür?”

 

Bütün bunlara rəğmən İ.Altay hesab edir ki, bu cür sarsıntılar, belə kələ-kötür yollar genetik yaranışından dözümlə, qüdrətlə, tarixin bütün odu- alovu içindən qürur, mərdliklə çıxmış möhkəm, çevik türk dünyasına, Qazaxstana, Orta Asiyaya heç bir sınma verə bilməz. Çox çəkməz, bu yeni sınaqdan da çıxacaq və irəliyə doğru gedəcəkdir. Bu irəliləyişin qarşısını heç kim ala bilməyəcək.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları