"Azərbaycan da hədəfdədir”

12:10 11-01-2022 | icon 89 | Geopolitika
"Azərbaycan da hədəfdədir”

Elxan Şahinoğlu: “Kreml ətrafdakı ölkələri zorla “strateji müttəfiqə” çevirmək istəyir"

 

Kremlin birinci hədəfi Ukraynadır. Qazaxıstandakı olaylar Kremli ikinci istiqaməti də fəallaşdırmağa sövq edir. Növbədə başqa dövlətlər də var.

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin keçmiş “SSRİ-ni bərpa etmək” niyyətində olması ilə bağlı irəli sürülən versiyalara əsasən önə çəkib.

 

Onun sözlərinə görə, Vladimir Putin keçmiş “SSRİ-ni bərpa etmək” istəyirsə deməli hələ uzun müddət hakimiyyətdə qalacaq. Çünki “SSRİ-nin bərpa çalışmalarına” uzun zaman lazımdır. Bunun üçün həm hədəf seçilən dövlətlərin parçalanması sürətlənməli, həm də yerlərdə tərəfdar qrupları fəallaşdırılmalıdırlar.

 

Politoloq bildirib ki, Kreml sahibi Avropa dövlətlərini ABŞ-ın vassaları hesab edir və müxtəlif çıxışlarında buna eyham vurur:

 

“Vladimir Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi – Rusiyanın da vassalları olmalıdır. Sadəcə, Avropa ölkələrinin Amerika ilə strateji tərəfdaşlığı qarşılıqlı maraq üzərində qurulub. Kreml sahibi isə ətrafdakı ölkələri zorla Rusiyanın “strateji müttəfiqinə” çevirmək istəyir”.

 

Bütün bunlara baxmayaraq politoloq hesab edir ki, “SSRİ-nin bərpa” əməliyyatının Kreml üçün bumeranq effekti olacaq:

 

“Müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar. Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr Rusiyanın vassalı olmaq istəmirlər. Kreml “SSRİ-nin bərpasını”, əslində isə Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir. Amma hər zaman olduğu kimi milli qüvvələri hədəfə alınır. Mən özüm də belə qüvvələrlə daim mübarizə aparıram və heç nədən də çəkinmirəm.”.

 

E.Şahinoğlu hesab edir ki, indi Rusiya ilə bağlı qonşu ölkələrdə 2 baxış bucağı var:

 

“Biri odur ki, Rusiya ilə sıx əməkdaşlıq qurulmalıdır, ikincisi isə millətçi qrupun baxışıdır ki, onlar hesab edirlər ki, müstəqillik daha çox inkişaf etməli, həqiqi müttəfiqlərlə əməkdaşlıq qurulmalıdır. O cümlədən Azərbaycan üçün həqiqi müttəfiq Türkiyədir. Türkiyə ilə siyasi-hərbi  müttəfiqliyi üst səviyyəyə qaldırmaq lazımdır.”

 

Politoloq bildirib ki, əgər Putin “SSRi-ni” bərpa etmək istəyirsə, buna nail olmaq üçün qonşu dövlətləri zəiflətməyə və orada yerləşən qruplarını fəallaşdırmağa çalışacaq:

 

“Bir ay əvvək kimsə fikirləşə bilməzdi ki, rus qoşunları  Qazaxıstana yerləşə bilər. Hadisələr elə inkişaf elədi ki, bu reallaşdı. Ona görə də deyirəm ki, bu təhlükə bir çox ölkələri gözləyə bilər. Gərək hamı özünü belə təhlükələrdən sığortalasın.  Bir neçə il öncə bəzi deputatlar mənimlə mübahisə edib deyirdilər ki,  Azərbaycan KTMT-na qoşula bilər. Amma mən buna qarşıydım. İndi təsəvvür edin, əgər Azərbaycan həmin təşkilata üzv olsaydı, qardaş dövlətə hərbçi göndərməliydi. Ona görə də belə məsələlərə həssas mövqedən yanaşmaq lazımdır”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları