İrandan Azərbaycana növbəti “suiti” iddiası

12:17 11-01-2022 | icon 90 | Cəmiyyət
İrandan Azərbaycana növbəti “suiti” iddiası

Cəmaləddin Quliyev: “...Ən böyük "töhfəni" Rusiya, Rusiyanın mülki və hərbi donanması verir...”

 

“Suitilərin ölümünə səbəb olaraq göstərilən dənizin çirklənməsinə ən böyük "töhfəni" Rusiya, Rusiyanın mülki və hərbi donanması verir...”

 

İran nəşrləri indi də Xəzər suitilərinin ölüm səbəbini Azərbaycanın sentyabr ayında keçirdiyi hərbi dəniz təlimləri ilə əlaqələndirirlər. İlk dəfə ötən ilin noyabrında səsləndirilmiş ittihamlar yanvarın əvvəllərindən  yenidən təkrarlanır. İddia olunur ki, İran sahillərində 14 suitinin ölüsü aşkarlanıb və İran alimləri də dərhal bu ölümün Azərbaycanın Xəzərdə keçirdiyi təlimlərlə bağlı olması "diaqnozu" qoyublar.

 

Bu barədə Versus.az -a şərh verən sosial-siyasi ekspert Cəmaləddin Quliyev əslində problemin kökündə Rusiyanın dayandığını, burda İranın Azərbaycanı günahkar çıxarmaq cəhdlərinin olduğunu önə çəkib. 

 

C.Quliyev xatırladıb ki, hələ ötən il sentyabrın 12-də Azərbaycan və Türkiyə donanmaları hərbçilərinin iştirakı ilə  başa çatan sualtı hücum və müdafiə qruplarının təlimləri rəsmi Tehranda ciddi narahatlıq yaratmış, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə iddia etmişdi ki,  Xəzər dənizinin hüquqi statusu haqqında müqaviləyə əsasən, beş sahilyanı ölkə istisna olmaqla, heç bir xarici dövlətin burada ordusu olmamalıdır. Bəyan edilmişdi ki, Türkiyənin Xəzər dənizində hərbi mövcudluğu qanunsuzdur və məsələ ilə bağlı Xarici İşlər Nazirliyi vasitəsi ilə araşdırma aparırlar.

Onun sözlərinə görə, Azərbaycan tərəfi, daha çox ekspertlər səviyyəsində bu iddiaya cavab vermişdi. İzah olunmuşdu ki, birincisi, Xəzərdə təlimlərin keçirilməsi  heç bir sazişi, o cümlədən Xəzərlə bağlı Konvensiyanın müddəalarını pozmur. İkincisi, Konvensiyada “ərazi suları” anlayışı birmənalı olaraq sahilyanı dövlətin suverenliyinin əhatə etdiyi dəniz zolağı kimi tövsif olunub. Yəni Azərbaycan istədiyi ölkə ilə öz suveren ərazisində təlim keçə bilər. Üçüncüsü də təlimdə Türkiyə xüsusi təyinatlıları iştirak etsə də, Türkiyə Hərbi Dəniz Qüvvələrinin heç bir döyüş gəmisi olmayıb.

 

Ekspert bildirib ki, o zaman İran mediası xeyli səs-küy qaldırsa da, bir müddət sonra ara sakitləşmişdi. Onun qənaətinə görə, ilkin ittihamların absurdluğu anlaşılandan sonra arada yaranmış fasilə zamanı  ittiham üçün yeni bəhanə düşünülüb tapılıb. O zaman niyə suiti məsələsinə belə ciddi yanaşılır? C.Quliyev qeyd edib ki, suiti ölümləri doğrudan da var:

 

“2006-cı ildə qəbul edilmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə   Konvensiyası”na əsasən isə "... müvafiq ekoloji və iqtisadi faktorlarla müəyyən olunan dəniz canlılarının növlərini, onların maksimum davamlı olmasını təmin edəcək səviyyədə populyasiyasını saxlamaq və təmin etmək, həddindən artıq istismar nəticəsində dəniz bioloji növlərinin yox olma təhlükəsinə məruz qalmayacaqları şəraitin təmin edilməsi; fövqəladə ekoloji hallar üçün cavab tədbirləri planlarının hazırlanması kimi tədbirlər nəzərdə tutulur".

Bəs suitilərlə bağlı nə baş verir? Azərbaycan mətbuatının 80-ci illərin sonları, 90-cı illərin birinci yarısına aid saralmış podşivkalarını qaldırın və baxın. Qəzetlərin əksəriyyətində bu barədə həyəcan təbili çalınan onlarla yazılar dərc edilib. BBC azəri xidməti silsilə reportajlar edib, ekspert rəyləri verilib.  Xəzərin biologiyasını öyrənmək və qorumaq üçün Azərbaycan neftinə sərmayə yatıran xarici şirkətlərin  qrant layihələri də icra olunub.

Yəni problem bugünlük deyil, ən əsası, sırf Azərbaycanla bağlı da deyil. Suitilərin ölümünə səbıb olaraq göstərilən dənizin çirklənməsinə ən böyük "töhfəni" Rusiya, Rusiyanın mülki və hərbi donanması, sahil boyu yerləşdirilmiş, ekoloji normalara əməl etməyən sənaye müəssisələri  verir. Heç İran da öz "töhfəsini" əsirgəmir. Elə İran saytlarına kiçik arama vermək bəs edir ki, bu haqda kifayət qədər materiallarla tanış olasan.

Elə isə növbəti absurdun mənası nədir? Görünür, bu dəfə Xəzər konvensiyasında  qoyulan ekoloji tələblərdən  ölkəmizə qarşı istifadə edilmək üçün  ortaya  yeni , daha "əsaslı" iddialar atmaq lazım gəlib”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları