İnformatikadan yeni imtahan modeli HAZIRLANIR

13:00 11-01-2022 | icon 98 | Təhsil
İnformatikadan yeni imtahan modeli HAZIRLANIR

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, gündəlik məsələ informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinin müzakirəsi olub.

 

Müzakirədə Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Tibb Universitetinin dosenti İsmayıl Qafarov, Azərbaycan Tibb Universitetinin mühəndis-proqramçısı Zaur Hacıyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi İsmayıl Sadıqov, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin müəllimi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri Fikrət İbiyev, Azərbaycan Universitetinin İnformasiya-Kommunikasiya Texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Azərbaycan Universitetinin Riyaziyyat və İnformatika kafedrasının müdiri Qabil Əliyev, "TİTAN-D" MMC-nin ESS operatoru Paşa Saatov, AMEA-nın aparıcı elmi işçisi Anar Rəhimov, Bakı Dövlət Universitetinin müəllimi Anar Rəşidov, DİM-in departament müdirləri Natiq Əliyev, Oleq Şelaginov və şöbə müdiri Afiqə Batıyeva iştirak ediblər.

 

Öncə şöbə müdiri Afiqə Batıyeva iclasın gündəlik məsələsi barədə ətraflı məlumat verib. Artıq informatika fənnindən qəbul imtahanı proqramının DİM-in rəsmi internet saytında yerləşdirildiyini və təqdim olunan imtahan modelinin bu proqrama uyğun hazırlandığını iştirakçıların diqqətinə çatdırıb.

 

Sonra İsmayıl Sadıqov imtahan modelini iştirakçılara təqdim edərək, modeldə alqoritimləşdirmə, proqramlaşdırma və məntiqi düşünməyə əsaslanan tapşırıqlara üstünlük verildiyini qeyd edib.

 

Müzakirədə Osman Gündüz, Fikrət İbiyev, Zaur Hacıyev, Qabil Əliyev, Anar Rəşidov fikir bildirib, təkliflər veriblər. Qeyd olunan fikir və təkliflər modeldə nəzərə alınıb.

 

Beləliklə, imtahan modelinin müzakirəsi başa çatıb.

 

İmtahan modeli yaxın günlərdə DİM-in rəsmi internet saytında yerləşdiriləcək.

 

İşçi qrupunun növbəti iclası yanvarın 17-də olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

SƏN də Vətən torpağının Portretini çəkən bir Rəssam ol ki...

Prezidentdən sülhməramlıların özbaşınalığına REAKSİYA

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

“Minsk Qrupunun missiyası sona yetib”

Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

"İstəsələr, Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər"

Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

"TDP Rusiya üçün "təhdid" idi və..."

Məşhur klipdəki nəhəng mülk satışa çıxarılıb

“Prezident son müsahibəsində həm də ona işarə etdi ki...”

Qar yağacaq - XƏBƏRDARLIQ

Uşaqlarda “Omikron”un simptomları