"Guya baş verənlər, bizdə də olacaq, bu nə yanaşmadır?"

12:10 12-01-2022 | icon 268 | Siyasət
"Guya baş verənlər, bizdə də olacaq, bu nə yanaşmadır?"

Fuad Əliyev: "Bəzi müxaliflər ölkəmizdəki prosesləri düzgün analiz edə bilmirlər"

 

Qazaxıstanda baş verən olaylara Azərbaycan müxalifətinin reaksiyası birmənalı olmadı. Milli Şura bəyanat verərək Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevi ittiham etdi, onun KTMT mandatı altında qoşunları ölkəsinə çağırmasını Rusiya işğalı kimi qiymətləndirdi. Hadisələrin ilk vaxtında Qazaxıstanda az qala milli-azadlıq hərəkatının başlandığı elan edildi, sonra meydana silahlıların çıxması vəziyyəti dəyişdirdi. Amma həmin qüvvələr bu dəfə də az qala silahlı üsyana dəstək verdilər.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) rəhbəri Fuad Əliyev Qazaxıstan məsələsinin ölkəmizdə bu qədər gündəmdə saxlanılmasının əleyhinə olduğunu bildirib.

 

Qazaxstanda baş verən hadisələrin Azərbaycanda bu qədər işıqlandırılmasının əleyhinə olduğunu vurğulayan Fuad Əliyev bildirdi ki, öz problemlərimiz qalıb kənarda, Qazaxıstandan danışırlar, demək olar ki, bütün xəbərlər onlarla bağlıdır:

 

"Başa düşmədim, bəyəm bizdə olan problemlər həll olunub? Hamı çörəyin qiymətinin qalxmasından danışırdı, etiraz edirdi, bəziləri hakimiyyətə hədə-qorxu gəlirdi. Demirlər ki, çörəyin qiyməti sonuncu dəfə nə vaxt qalxıb. Hamının yadından çıxıb. İndi dünyada buğdanın qiymətinin qalxdığına görə, bizdə çörəyin qiyməti 10-15 qəpik qalxdı. Amma marketlərdə ərzaqların qiyməti hər gün 10-20 qəpik qalxır. Bunu deyən yoxdur. Sosial problemlər, işsizlik kimi problemlərimiz var, bunlardan danışmırıq, Qazaxstan olaylarından danışırıq. Yeri gəlmişkən, Qazaxıstanda təqaüdlər, maaşlar və digər sosial ödənişlər Azərbaycandan yüksək idi. Əhaliyə verilən qazın, suyun, işığın qiyməti bizdən ucuzdur. Baxın, hökumət qazın qiymətini qaldırdığına görə vətəndaşlar dinc, etiraz aksiyalara çıxdılar. Və demək olar ki, istədiklərinə nail olurdular. Bunu görən radikal, ekstremist qüvvələr küçələrə çıxarkın, iğtişaşlara getdilər".

 

ALDP sədri qeyd edib ki, bizim bəzi müxalifət nümayəndələri hesab edirlər ki, harda nə baş verirsə, hətta silahlı çevrilişlər, silahlı iğtişaşları mütləq dəstəkləmək lazımdır:

 

"Güya o ölkələrdə nə baş verirsə, bizdə də olacaq. Bu nə yanaşmadı? Qəsdən bizim vətəndaşları çaşdırırlar. Bizim bəzi müxalifət nümayəndələri sanki başqa yerdə yaşayırlar, Azərbaycanda gedən prosesləri düzgün analiz edib strateqiyanı və taktikanı qura bilmirlər. İnanın ki, Qazaxstan vətəndaşı bundan sonra da bizdən yaxşı yaşayacaq. Amma mən istərdim ki, yaxın zamanda bizim vətəndaşlarımız heç olmasa Qazaxstan vətəndaşından yaxşı yaşasın”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”