"Digər komandalar bizdən əvvəl toplanışa başlayıblar"

12:24 12-01-2022 | icon 108 | İdman
"Digər komandalar bizdən əvvəl toplanışa başlayıblar"

“Yanvarın 10-dan təlim-məşq toplanışına yığışmışıq. Əslində isə məşqləri yanvarın 5-dən bərpa etmişik. Sadəcə, həmin vaxtdan Bakıda olan oyunçular hazırlıq prosesində iştirak edirdi. Plan üzrə hazırlıqlarımız davam edir. Bəzən gün ərzində bir, bəzən isə iki məşq keçirik. Əsas problemimiz komanda şəklində verilən tapşırıqları yerinə yetirməklə bağlıdır. Çünki bir neçə futzalçımız fərqli klublarda və üslubda oynayır. Qalır onların baş məşqçinin göstərişlərini meydanda icra etməsi”.

 

Versus.Az xəbər verir ki, bu barədə futzal millimizin üzvü Ramiz Çovdarov azfutzal.az-a açıqlamasında deyib.

 

O, bu ay Niderlandda başlayacaq Avropa çempionatında millimizin şanslarını və rəqiblərimizi dəyərləndirib:

 

“Düzdür, vaxtımız azdır. Ancaq hər məşqdə maksimumu etməyə çalışırıq. Digər komandalar bizdən əvvəl toplanışa başlayıblar. Bizim gecikməyimiz ölkədən kənarda çıxış edən oyunçuların çempionatlarının davam etməsi ilə bağlı oldu. Elə etməliyik ki, bir yumruq olaq, bir nöqtəyə vuraq. Belçika ilə yoldaşlıq oyunu çox vacibdir. Bu görüş final mərhələsinə nə qədər hazır olduğumuzu göstərəcək. Belə deyək, məşqlərimizin bəhrəsini orada görəcəyik. Hər nə qədər gec toplaşsaq da, müəyyən “axsamalar” olsa da, yaxşı nəticə qazanacağımıza ümid edirəm.

 

Qrupdakı rəqiblərimizə gəldikdə, bütün komandalar hazırlaşırlar. İspaniya, Bosniya və Herseqovina ilə yaxın 4-5 ildə qarşılaşmışıq. Gürcüstan millisi ilə əvvəlki illərdə oyunlar keçirilib. Nə ispanlar, nə də bosniyalılar yerində sayır. Daim inkişaf edir, dəyişirlər. İspaniya millisi sonuncu Avropa və dünya çempionu olan Portuqaliya ilə iki yoldaşlıq oyunu keçirib və qələbə qazanıb. Əlbəttə, qarşılaşmalar çətin keçəcək.

 

Gürcüstanla oyun daha əhəmiyyətlidir. Çünki qazanacağımız qələbə bizi əsas rəqiblərimizin birindən önə keçirəcək. Həm də start üçün üç xal vacibdir. Düzdür, Ukrayna ilə oyunu əsas götürəcəklər. Bəlkə də fikirləşəcəklər ki, oradakı kimi oynayacağıq. Etiraf edim ki, həmin matçlara hazır deyildik. Amma indi fərqli durumdayıq.

 

Bosniya və Herseqovinaya gəldikdə, onlarla Bakıda qarşılaşmışıq. Qələbə qazansaq da, görüş kifayət qədər gərgin keçdi. Həm fiziki baxımdan, həm də kollektiv şəkildə güclü rəqibdir. Hələ ki diqqətimizi Gürcüstanla matça yönəltməliyik. Bu görüşdə qazanılacaq nəticə digər oyun üçün də hədəflərimizi müəyyənləşdirəcək”.

 

Qeyd edək ki, Niderlandda keçiriləcək Avropa çempionatı üçün Bakıda təlim-məşq toplanışını davam etdirən futzal millimiz dünən iki məşq keçirib. Belçikanın “Hale Xoyk” klubunda çıxış edən Eduardo Borqes də komandamıza qoşulub və hər iki məşqdə iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”