Ermənistan sərhəddə yenidən təxribatlar törədib

10:40 12-01-2022 | icon 102 | Müharibə
Ermənistan sərhəddə yenidən təxribatlar törədib

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

 

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır:

 

“Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?