"TDT Qazaxıstanda baş verən hadisələrə adekvat münasibət göstərə bilmir”

17:01 12-01-2022 | icon 210 | Geopolitika
"TDT Qazaxıstanda baş verən hadisələrə adekvat münasibət göstərə bilmir”

Mətin Məmmədli: "Belə bir şəraitdə TDT-dan Qazaxıstan hadisələrinə münasibətdə ciddi nəticə gözləyə bilmərik”

 

“Türk Dövlətləri Təşkilatının (TDT)xarici işlər nazirlərinin Qazaxıstan hadisələrinə dair toplantı keçirib məsələni müzakirəyə çıxarmasını bütövlükdə müsbət dəyərləndirirəm. Yanvarın 11-də baş tutan məlum videokonfransda Qazaxıstana, qardaş qazax xalqına dəstək ifadə olunub. Gözlənilənlərdən kənar hər hansı açıqlama verilməyib”. 

 

Versus.az xəbər verir ki, Mətin Məmmədli Türk Dövlətləri Təşkilatının XİN başçılarının fövqəladə toplantısı və verilən bəyanatın arxa fonundakı məqamlarla bağlı açıqlamasında bildirib.

 

O, qeyd edib ki, əsas iki məqama görə TDT Qazaxıstanda baş verən hadisələrə adekvat münasibət göstərə bilməyib:

 

“Qazaxıstan hər zaman Türk Birliyinin təşkilatlanmasında mühüm təşəbbüslərlə çıxış edib. Keçmiş prezident Nazarbayevin bu işdə rolu xüsusilə böyük olmuşdu.  TDT təəssüf ki, inteqrasiyanın ilk mərhələlərindədir. Lakin TDT strukturlaşmanın, inteqrasiyanın ilk mərhələsində olduğu üçün dərin iqtisadi, siyasi, hərbi birliyə çevrilməyib”.

 

Politoloq paralel olaraq TDT-nın ən böyük dövləti olan Türkiyənin də Mərkəzi Asiyada və Qazaxıstanda təsir imkanlarının o qədər də geniş olmadığını bildirib:

 

“Türkiyənin aparıcı dövlət kimi Mərkəzi Asiyada maraqları olsa da, ancaq təsir imkanları Rusiya, Çin kimi dövlətlərlə müqayisədə xeyli azdır. Biz belə bir şəraitdə TDT-dan Qazaxıstan hadisələrinə münasibətdə hər hansı ciddi bir nəticə gözləyə bilmərik”.

 

 

M.Məmmədli bildirib ki, əgər türk dövlətləri maraq və qətiyyət göstərərlərsə hərbi -siyasi baxımdan inteqrasiya prosesi dərinləşər və qəti mövqe ortaya qoya bilərlər. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”