"Avropa gördü ki, Paşinyanın “çörəyi dizinin üstündədir” və..."

12:32 14-01-2022 | icon 224 | Siyasət
"Avropa gördü ki, Paşinyanın “çörəyi dizinin üstündədir” və..."

Fuad Əliyev: "Paşinyanın bu qərarı rüsvayçılıq və fiasko idi”

 

Məlum olduğu kimi, Ermənistanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstana kömək etməsi ətrafında müzakirələr səngimir. Ermənistanın bu prosesdə iştirakı və xüsusən də oraya əsgər göndərməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Buna görə Paşinyan həm kəskin tənqid edilir, həm də lağa qoyulur. Bunu əsasən onunla əlaqələndirirlər ki, ötən il KTMT sərhədlərdəki münaqişələrlə bağlı Ermənistanın müraciətinə məhəl qoymadı.

 

Bu arada ölkədə yaranan digər narahatlıq isə Qərblə bağlıdır. Qeyd edilir ki, Ermənistanın məlum addımından sonra Qərbdən ölkəyə maliyyə yardımlarının olacağına ümid etməyə dəyməz. Yəni Ermənistanın sözügedən oyunlarda iştirakına görə Qərbdən bu ölkəyə edilən yardımlar kəsilə bilər: “Bütün dünya bunu görür. O cümlədən ABŞ da, Fransa da. Biz onların hörmətini itirmişik. Qərbdəki siyasətçilər seçicilərin rəyindən çox asılıdır və bu ölkələrin vətəndaşları Ermənistanın geriyə nəhəng sıçrayış etdiyini indi izləyirlər. Qazaxıstanda baş verənlərdən Rusiya və Belarusun faydaları göz qabağındadır. Amma Ermənistana heç bir faydası yoxdur. Biz iqtisadi cəhətdən qazanmayacağıq. Gözlənilən yardımlar olmayacaq”.

 

Görünən odur ki, Qazaxıstan məsələsində Ermənistanın fəallığı Qərbin yardımları kəsəcəyi reallığını artırıb. Doğrudur, Avropa Birliyindən 2.6 milyard avro Ermənistana yardım nəzərdə tutulub. Lakin Paşinyan hakimiyyətinin nankorluğu göz qabağındadır və Rusiyanın Qazaxıstana girmək prosesində canfəşanlığı onun Qərbin gözündən düşməsinə gətirib çıxarıb. Belə riyakar, qətiyyətsiz siyasət yürütməklə Paşinyan Avropadakı dostlarına sadiq olmadığını nümayiş etdirir. Çünki Qərbin düşmən gözündə gördüyü Rusiyanın bu həmləsinə dəstək vermək, KTMT-nin tərkibində Qazaxıstana hərbçi göndərmək Moskvanın nökərçiliyini qəbul etməkdir. Üstəlik, 44 gün ərzində ordusu darmadağın edilən bir ölkə hansı üzlə Almatıya “sülhməramlı” göndərir, bu da gülünc məsələdir.

 


Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, Paşinyan KTMT-dəki fəaliyyəti ilə Rusiyaya yarınır.

 

Onun sözlərinə görə, Ermənistan siyasi iqtidarı Qərb-Rusiya arasında oynamağa çalışır:

“Amma Paşinyan yaxşı dərk edir ki, Parisdən, Brüsseldən yapışmaqla deyil, yaxında Moskva var və onun təsir gücü daha çoxdur. Ona görə ikiüzlü siyasət aparır. Amma onun Qazaxıstanla bağlı son militarist hərəkəti göstərdi ki, heç də özü haqda uydurulmuş demokrat obrazını əyninə biçə bilməz. Hər halda, Qərbdə də İrəvanın bu addımlarından müəyyən nəticələr çıxarılacaq”.

 

ALDP sədrinin fikrincə, Avropa gördü ki, Paşinyanın “çörəyi dizinin üstündədir” və ona axıra qədər etibar etmək olmaz: 

“Əvvəla, Paşinyan Avropa Birliyinin gözü qarşısında Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinə dəstək verdi, ikincisi, erməni cəmiyyətində tənqidlərlə üzləşdi, ən əsası Qərbdən gələn maliyyə yardımlarından müəyyən qədər məhrum edilə bilər. Əgər Ermənistan KTMT-dəki aktivliyindən sonra Rusiyaya daha da yaxınlaşmaq xətti tutarsa, Qərb Paşinyana gözlənilən dəstəyi daha verməyəcək. Ancaq Ermənistanın ağalarını belə tez-tez dəyişməsi onun haqqında təzədən düşünməyə əsas verəcək”.

 

Fuad Əliyev qeyd edib ki, Ermənistanın Qazaxıstana hərbçi göndərməsi ABŞ-dan da dəstəyin azalmasına səbəb ola bilər: 

“Dövlət katibi Blinken Qazaxıstan hadisələrini Rusiyanın SSRİ-ni bərpa etmək niyyəti kimi qiymətləndirir. Amerikalılar belə düşünürsə və Paşinyan da bu prosesə qoşulursa, deməli, Vaşinqtonda İrəvana münasibət qismən dəyişə bilər. Hər halda, kapitulyasiya etmiş Paşinyanın bu qərarı rüsvayçılıq və fiasko idi”. /“Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?