Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

16:00 15-01-2022 | icon 187 | Qarabağ
Qarabağa erməni köçləri və mövcud “təmas xətti” nəyə xidmət edir?

Ağasəf İmran: "Nə üçün Rusiya hökuməti özünə rəva bilmədiyi belə bir səddi Azərbaycan üçün məqbul bilir?"

 

“Əgər Rusiya “sülhməramlılarının”  məqsədi bu ərazidə  sülh və əmin-amanlıq yaratmaqdırsa, onda izolyasiya mühiti yaratmış “təmas xətti” aradan götürülməli və həm azərbaycanlıların, həm də ermənilərin oraya gediş-gəlişi tam sərbəst olmalıdır! Eləcə də, nəqliyyat və telekommunikasiya əlaqələri, işıq, su, qaz təchizatı bərpa olunmalıdır. Bunun üçün, hesab edirəm ki, Rusiya “sülhməramlılarının” təşkil etdikləri və “qoruduqları” “təmas xətti” və bu xətt boyunca yerləşdirilmiş hərbi postlar, həmçinin “erməni postları” təcili olaraq ləğv edilməlidir!” 

 

Bunu Versus.az-a iqtisadçı alim Ağasəf İmran Prezident İlham Əliyevin yerli mediaya müsahibəsində sülhməramlıların iştirakı ilə Qarabağa edilən erməni köçləri və mövcud “təmas xətti”nin nəyə xidmət etməsi ilə bağlı şərhində bildirib.

 

A.İmran Rusiyanın Qarabağda sülhməramlı adı ilə apardığı siyasətin Azərbaycana qarşı işlədilən məkirli siyasət olmasına diqqət çəkib və müqayisələr aparıb:

 

“Çeçen xalqı Çar Rusiyası dövründən indiyədək bir neçə dəfə azadlıq mübarizəsinə qalxıb və Rusiyaya qarşı müharibələr aparıb. Lakin, Rusiyanın hərbi üstünlüyü sayəsində bu döyüşləri uduzub. Buna baxmayaraq, Çar dövründən indiyə kimi Rusiya hökuməti Çeçenistanla heç bir “təmas xətti” qurmayıb və bu ərazilərə gediş-gəliş həmişə sərbəst olmuşdur. O zaman görəsən nə üçün, Rusiya hökuməti özünə rəva bilmədiyi belə bir səddi Azərbaycan üçün məqbul bilir və böyük canfəşanlıqla Azərbaycanın Qarabağ bölgəsində “təmas xətti” qurmuşdur?”

 

A.İmran bildirib ki, “sülhməramlı kontingent” adı altında Azərbaycan ərazisinə yeridilmiş Rusiya qoşunları “təmas xətti” boyunca hərbi məntəqələr quraraq, orada üçtərəfli müqavilə şərtlərinə zidd olaraq öz kontingentinin sayını və hərbi potensialını “hərbi baza” statusu səviyyəsinədək artırmışdır. Hələ bu azmış kimi, öz postları ilə yanaşı “təmas xətti” boyunca  erməni quldurları tərəfindən də “postlar” qurulmasına şərait yaratmışdır:

 

“Belə postların yaradılması, belə izolyasiya sülh işinə xidmət edə bilərmi? Əlbəttə yox! Rusiya qoşunlarının nəzarəti altında olan Qarabağ əraziləri Azərbaycan torpağı deyildirmi?! Nə üçün oraya yalnız ermənilər daşınır  və bizim adamlar oraya ayaq basa bilmirlər? Mahiyyətcə Rusiya “sülhməramlılarının”  qurduqları “təmas xətti” kimə və nəyə xidmət edir? Cavab o qədər də sadə deyil. Müxtəlif variantlar və versiyalar ola bilər və yəqin ki, vardır. Lakin bir variant çox aydıındır ki, bu,  sülh və əmin-amanlıq yaratmaq işinə xidmət etmir. Çünki, o ərazi ermənilər üçün rezrvasiyaya çevrilir ki, onlar oradan qaçıb gedə bilməsinlər. Əgər ötən bir il ərzində o əraziyə-öz kəndlərinə və evlərinə bir nəfər də olsun Azərbaycanlı köçürülməyibsə, oraya köçürülən ermənilər kiminlə barışmalıdırlar? Belə çıxır ki, Rusiya “sülhməramlılarının”  əsas vəzifəsi Qarabağ ermənilərini Ermənistandan və digər ölkələrdən daşınıb gətirilmiş kriminal -cinayətkar ermənilərlə barışdırmaqdır? Əslində isə, “təmas xətti” qurmaqla qəsdən izolyasiya mühiti yaratmaq, milli ayrıseçkilik salmaq, ziddiyyətləri kəskinləşdirmək və düşmənçilik münasibətlərini daha da qızışdırmaq işinə xidmət etmirmi?”

 

A.İmran hesab edir ki, əgər Rusiya “sülhməramlılarının” məqsədi bu ərazidə sülh və əmin-amanlıq yaratmaqdırsa, onda izolyasiya mühiti yaratmış “təmas xətti” aradan götürülməli və həm azərbaycanlıların, həm də ermənilərin oraya gediş-gəlişi tam sərbəst olmalıdır:

 

“Eləcə də, nəqliyyat və telekommunikasiya əlaqələri, işıq, su, qaz təchizatı bərpa olunmalıdır. Bunun üçün, hesab edirəm ki, Rusiya “sülhməramlılarının” təşkil etdikləri və “qoruduqları”  “təmas xətti” və bu xətt boyunca yerləşdirilmiş hərbi postlar (həmçinin “erməni postları”) təcili olaraq ləğv edilməlidir! Əgər Rusiya “sülhməramlıları”  Cənubi Qafqazda daimi qalmaq məqsədlərini gizlətmək üçün, ermənipərəst fəaliyyətlərini davam etdirməklə bu addımı atmazlarsa, keçən  bir il ərzində olduğu kimi, Azərbaycan hökumətinə və xalqına qarşı qərəzli münasibətlərini davam etdirərlərsə, onda onların Azərbaycan torpaqlarından  vaxtından əvvəl çıxarılması məsələsi gündəmə gətirilməlidir”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?