YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yeni tərkibdə görüşü keçirilib

21:34 26-12-2018 | icon 106 | Siyasət
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yeni tərkibdə görüşü keçirilib

 

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, yeni tərkibi təsdiq edilmiş Milli Komissiyanın görüşü keçirilib.

 

Xarici İşlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, görüşdə Milli Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədyarov qonaqları salamlayaraq, Azərbaycan-YUNESKO əlaqələrinin daha da genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

 

Nazir 2018-ci ildə təşkilatla dinamik əməkdaşlığın həyata keçirildiyini, bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

 

Daha sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edərək, 2018-ci il ərzində YUNESKO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə dəyüksək səviyyəli qarşılıqlı səfərlər barədə məlumat verdi. E.Sultanov 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin 10 ilinin tamam olduğunu, ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, “Bakı Prosesi”nin 10 illiyinin milli və beynəlxalq səviyyədə qeyd olunduğunu və YUNESKO ilə birgə tədbirlərin keçirildiyini bildirdi.

O, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin YUNESKO baş qərargahında və Almaniyada qeyd olunduğunu,Azərbaycan muğamının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahıya daxil edilməsinin 10 illiyi münasibətilə YUNESKO-nun baş qərargahında, İtaliyada, Türkiyədə vəAlmaniyada muğam konsertlərinin təşkil olunduğu qeyd etdi.

 

Bildirildi ki, 2018-ci ildə Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında “Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabat qəbul olunmuş, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya YUNESKO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilmişdir.

 

E.Sultanov 2019-cu ildə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ilinin tamam olacağını, YUNESKO baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd ediləcəyini bildirdi və qarşıda duran digər məsələlər barədə ətraflı məlumat verdi.

 

Görüş YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib