Rektor bayramlar ərəfəsində ADNSU-nun fakültə və şöbələrində olub

00:36 28-12-2018 | icon 276 | Təhsil
Rektor bayramlar ərəfəsində ADNSU-nun fakültə və şöbələrində olub

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə universitetin fakültə və şöbələrini ziyarət edib.

 

Versus.Az-ın məlumatına görə, Geoloji-kəşfiyyat, Qaz-neft mədən, Kimya-texnologiya, Neft-mexanika, Energetika, İnformasiya Texnologiyaları və İdarəetmə, İqtisadiyyat və Menecment fakültələri, Magistratura şöbəsi, Əcnəbi tələbələr üzrə dekanlıq və digər şöbələrdə olan rektor Mustafa Babanlı professor-müəllim heyəti başda olmaqla universitetin bütün kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara öz fəaliyyətlərində uğurlar arzu edib.

 

2018-cı ili ADNSU üçün səmərəli illərdən biri kimi dəyərləndirən rektor M.Babanlı cari ildə universitetin həyatında və tədrisdə bir çox nailiyyətlərin əldə olduğunu qeyd edib. Növbəti ildə keyfiyyətlə bağlı nəticələrin daha da irəliləməsi üçün addımların atılacağını söyləyən rektor, professor M.Babanlı 2019-cu ildə bu sahədə olan bəzi çatışmazlıqların tam aradan qaldırılacağını bildirib.

 

Rektor M.Babanlı elmi işlərlə bağlı da ADNSU-da nəzərəçarpacaq dəyişikliklərin əldə edildiyini, ötən illə müqayisədə bu il elmi məqalələrin sayının artdığını, eyni zamanda dünyanın bır sıra nüfuzlu universitet və şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib.

 

2019-cu il üçün qarşıya qoyulan məqsədlərdən və görüləcək işlərdən danışan prof. M.Babanlı ADNSU-da elmi işlərin kəmiyyət və keyfiyyətinin artırılması, universitetdə laboratoriyaların inkişaf etdirilməsi və s. istiqamətində genişmiqyaslı işlər görüldüyünü vurğulayıb.

 

ADNSU-nun fakültə dekanları bayram təbrikinə görə rektor Mustafa Babanlıya təşəkkür edərək 2018-cı ildə universitetdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu işin gələn il də davam etdirilməsi üçün əllərindən gələni edəcəklərinə söz veriblər.

Sonda rektor M.Babanlı ADNSU-nun bütün professor-müəllim heyəti və tələbələrini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir daha təbrik edərək 2019-cu ildə universitetin daha böyük uğurlara imza atacağına inandığını bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

AXCP-də film olayı, yoxsa xəyanət?

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"