“Belə insanları böyük məmnuniyyətlə 2018-də saxlayardım”

10:42 28-12-2018 | icon 221 | Siyasət
“Belə insanları böyük məmnuniyyətlə 2018-də saxlayardım”

 

Əlabbas Məhərrəmli: “2018-ci il üçün ölkənin siyasi həyatında ciddi dəyişikliklər olmadı”

 

 

“2018-ci ilin ən əlamətdar hadisələri sırasında Cümhuriyyətin, Milli Ordunun və Parlamentin 100 illik yubileyləri də qeyd olunmalıdır. Başa çatan ildə ölkənin ictimai-siyasi həyatında əsas hadısiə sözsüz ki, növbədənkənar prezident seçkiləri oldu”.

 

Versus.Az-ın məlumatına görə, bunu yola salmaqda olduğumuz 2018-ci illə bağlı xülasədə siyasi ekspert Əlabbas Məhərrəmli bildirib.

 

Əlabbas Məhərrəmli vurğulayıb ki, Prezident seçkilərinin öz vaxtında - oktyabrda keçiriləcəyi dəfələrlə bəyan edildiyi üçün növbədənkənar seçki qərarı cəmiyyət üçün də, siyasi partiyalar üçün də gözlənilməz oldu:

 

“Bu seçkilərin nəticəsində qeyri-adi heç nə baş vermədi. Seçkilərdən sonra hökumətin tərkibində müəyyən dəyişikliklər oldu, baş nazir əvəzləndi, bəzi nazirliklərə “yeni” hesab olunan kadrlar təyin edildi. Bütövlükdə yanaşsaq, ölkənin siyasi həyatında ciddi dəyişikliklər yoxdur. Real siyasi müstəvidı heç nə baş vermir, bütün fəaliyyət sosial şəbəkələrdə fəallığa yönəlib, real proses yoxdur. Doğrudur, müxalifət ilin son həftələrində yeni təşəbbüslərlə çıxış etdi, fəallaşmağa cəhd göstərdi. Amma bunun nəticəsinin nə olacağı hələ bilinmir”.

 

Əlabbas Məhərrəmli qeyd edib ki, 2018-ci ildə sosial sahədə də ciddi dəyişikliklər baş verməyib:

 

“İqtisadçıların proqnozlaşdırdıqları kimi, qeydə alınan bahalaşma dalğası əhalinin rifahına mənfi təsir göstərdi. Bu vəziyyət 2019-cu ilin dövlət büdcəsinə də təsirsiz ötüşmədi. Neftin qiymətlərinin kəskin ucuzlaşmaya meyllənməsi isə yeni risklər yaradır. Hökumət hər halda, bunun fərqindədir”.

 

 

Ekspert onu da vurğulayıb ki, siyasi partiyaların indiki fəaliyyəti onların növbəti ilə keçidləri haqqında müəyyən təsəvvür yaradır:

 

“Demək olmaz ki, mövcud partiyaların rəhbərləri və üzvləri təcrübəsizdirlər. Sadəcə, yaranmış vəziyyət, həmçinin qarşılıqlı münasibətlərin düzgün qurulmaması onların fəaliyyətsiz qalmalarını şərtləndirir. Siyasi partiyaların köhnə ildə “saxlamaları” vacib olan əsas məqamlar onların müzakirələrdən yayınmaları, qarşılıqlı ittihamlar və “mən yoxamsa, heç kim” yanaşmasıdır”.

 

Yeni ildə adətlərdən biri də köhnə əşyaların təzələnməsidir. Əlabbas Məhərrəmli bildirdi ki, - “Bu adəti insanlara şamil etsək, öz varlıqları ilə ölkəyə ziyandan başqa heç bir xeyri dəyməyən bütün insanları böyük məmnuniyyətlə 2018-də saxlayardım”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

"Vətənə oğul olanlar" - FİLM

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

AXCP-də film olayı, yoxsa xəyanət?

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"