Soydaşlarımız faciədən qurtuldular

10:55 19-04-2022 | icon 126 | Müharibə
Soydaşlarımız faciədən qurtuldular

Mənfur düşmənin Azərbaycanın mülki əhalisinə qarşı mina müharibəsi davam edir.

 

2022-ci il aprelin 16-da Kəlbəcər sakininin dağıdılmış evinə baş çəkmək üçün həyətinə yaxınlaşmaq istəyib. Bu zaman Müdafiə Nazirliyinin minaaxtaran hərbiçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində tank əleyhinə mina aşkar olunub.

 

Mina Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində aşkarlanıb.

 

Həmin heyətdə rayonun kənd sakini Qurbanov Səməndər Alı oğlu da iştirak edib.

 

Onun sözlərinə görə, Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini ilə doğma yurdlarını ziyarət ediblər:

 

“Əvvəlcə “Tunel qətliamı”nda erməni vandalları tərəfindən vəhşiliyin törədildiyi yerlərini ziyarət etdik. Daha sonra bir qrup ayrıldı və Günəşli kəndinə yola düşdük. Bizi hərbi polis və ANAMA əməkdaşları müşayiət edirdi. Kəndə çatdıq, şəhidlərin və mülki əhalinin məzarlarını yad etdik. Gördüyümüz mənzərə dəhşətli idi. Kəndin qəbiristanlığı ermənilər tərəfindən dağıdılıb, qəbirlərin baş tərəfi qazılıb, ümumilikdə yerlə bir edilib. Özümüzlə apardığımız xatirə lövhəsini orada quraşdırdıq. Geri qayıdarkən kəndin Yurdlar məhəlləsi deyilən ərazidə 20 nəfərdən ibarət heyəti daşıyan avtobusun yolunun üzərində tank əleyhinə mina aşkarlandı. Bizə xəbərdarlıq edildi, ərazi nəzarətə götürüldü, təhlükəsizliyimiz üçün başqa ərazinin kənarından hərəkət etməyə başladıq. Müdafiə Nazirliyinin əsgəri Mərdəli Aşurov canfəşanlıqla çalışdı. Sonra minaaxtaranlar minanı oradan çıxartdı. Nəticədə böyük faciənin yaşanmasının qarşısını aldılar. Bu, bir daha onu göstərir ki, erməni vəhşiliyi, vandalizmi heç bir çərçivəyə sığmır. Bizə verdikləri xəritə 80 faiz şübhə altına alınır və bizi aldatmaq üçün bildiklərindən əl çəkmirlər”.

 

Xatırladaq ki, ANAMA xətti ilə bu günədək 8 612 ha ərazi təmizlənib, 14 757 ədəd PHS, 10 838 ədəd piyada əleyhinə mina, 5 183 ədəd tank əleyhinə mina olmaqla, 30 778 ədəd mina və PHS zərərsizləşdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ