İran mediasından Şuşada keçiriləcək qurultaya qarşı TƏXRİBAT

13:49 19-04-2022 | icon 242 | Gündəm
İran mediasından Şuşada keçiriləcək qurultaya qarşı TƏXRİBAT

İran mediası Zəfər Qurultayına qarşı təxribat xarakterli materiallar yayır.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.



Bildirilib ki, İranın SEPAH və kəşfiyyat nazirliyi - ETTELAAT nazirliyinə yaxın media qurumları yaxın günlərdə Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat xarakterli yazılar dərc edir və qurultayı pantürkistlərin anti-İran toplantısı adlandırırlar.

 

“Dəfələrlə bildirilmişdi ki, Əliyev Qarabağı nəzarətə götürsə, bizim sərhədlərimiz anti-İran və separatçıların fəaliyyət mərkəzinə çevriləcək. Qarabağda keçirilməsi nəzərdə tutulan qurultay öz-özlüyündə anti-İran hərəkətidir və burada pantürkist qrupların toplaşması İrana qarşı müharibə elan etməkdir. Qurultayda İsrail casusları və MİT-in məmurları başqa adlar altında iştirak edəcəklər”, - deyə ETTELAAT-a yaxın “Azəriha” saytının “Telegram” kanalı yazıb.

 

Bununla yanaşı, İranın bir sıra sosial media qruplarında qurultayın keçirilməsi ilə bağlı mənfi yazılar dərc edilib və bunun İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"