Tələbə qız tapıldı

13:55 19-04-2022 | icon 130 | Təhsil
Tələbə qız tapıldı

Bakı Mühəndislik Universitetinin itkin düşən III kurs tələbəsi Lamiyə Binnətova tapılıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, tələbə qız aprelin 1-də sevdiyi oğlana qoşularaq rayonlardan birinə gedib. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir.

 

Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:

 

“Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir”.

 

Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.

 

Bakı Mühəndislik Universitetinin sözçüsü Elman Babayev isə Lamiyənin aprelin 1-i saat 16:50-də müəllimdən icazə alaraq dərsdən çıxdığını və geri qayıtmadığını bildirib. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ