Kabildə güclü PARTLAYIŞ


Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Məlumatı Kabil şəhər polisinin mətbuat xidmətinin rəhbəri Xalid Zadran da təsdiq edib.
Əfqanıstan mətbuatı yazır ki, paytaxtın əsasən şiə müsəlmanlarının yaşadığı Daşte-Barçi ərazisində törədilən partlayışda azı 25 nəfər həlak olub.
Partlayışın İŞİD qruplaşmasının üzvləri tərəfindən həyata keçirildiyi istisna edilmir.

Xəbər lenti

Daha bir pərdə, plyonka davası
Sürücülər cərimələnirlər, yoxsa yox?