Şərqşünas alimin “Qaradağlı soyqırımı” adlı məqaləsi İran mətbuatında

17:26 19-04-2022 | icon 265 | Cəmiyyət
Şərqşünas alimin “Qaradağlı soyqırımı” adlı məqaləsi İran mətbuatında

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Qaradağlı soyqırımı” adlı məqaləsi İranın “Xudafərin” jurnalında nəşr olunub. Qaradağlı faciəsinin həm yerli ictimaiyyətə, həm də dünya ictimaiyyətinə çatdırılması Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının başına gətirilən müsibətlərin, Azərbaycan xalqının və dövlətinin təcavüzə, terrora və işğala məruz qalmasının öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.

 

Versus.Az xəbər verir ki, məqalədə Qaradağlının tarixi, təbii-coğrafi mövqeyi, Qaradağlıya hücumun təşkili, Qaradağlının işğalı, soyqırımının qurbanları, erməni əsirliyində olarkən qətlə yetirilən azərbaycanlılar, Qaradağlı soyqırımı zamanı şahidlərin xatirələri, Qaradağlı faciəsi ilə əlaqədar Azərbaycan Respublikasının hüquqi addımları, beynəlxalq və regional təşkilatların mövqeyi və s. məsələlər araşdırılıb.

 

Məqalədə qeyd olunur ki, terrorçu erməni quldur dəstələri tərəfindən törədilən soyqırımı zamanı Qaradağlı kəndində  91 nəfər qətlə yetirilib. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Qətlə yetirilənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb.

 

Vüqar Məmmədov
/AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı, 
filologiya üzrə fəlsəfə doktoru/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ