Erməni komissarın şərəfinə adlandırılan kəndin adı DƏYİŞDİRİLİR

18:27 19-04-2022 | icon 134 | Dünya
Erməni komissarın şərəfinə adlandırılan kəndin adı DƏYİŞDİRİLİR

Gürcüstanın Marneuli rayonunun iki kəndi - Kirovka və Şaumyan kəndlərinin adları dəyişdiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə “Marneuli” televiziya kanalı məlumat yayıb.

 

Marneuli bələdiyyə məclisinin toplantısında Kirovka kəndinin Mtsvane qora (Yaşıl təpə) və yaxud Meqobroba (Dostluq), Şaumyan kəndinin isə Yuxarı Şulaver adlandırılması təklif olunub.

 

Məsələyə ilk olaraq bələdiyyə məclisinin Coğrafi Obyektlərin Adlandırılması Komissiyasında baxılacaq və yekun qərarı yerli özünüidarəetmə orqanı qəbul edəcək.

 

Qeyd edək ki, 2011-ci ildə Gürcüstanda qəbul edilən “Azadlıq xartiyası”na əsasən, coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsi qadağandır.

 

Şaumyan kəndinə Bakı komissarlarından biri olan Stepan Şaumyanın adı 1925-ci ildə verilib. Kəndin hazırkı əhalisinin böyük əksəriyyətini ermənilər təşkil edir. Kirovka kəndinin köhnə adı Mamey olub. Bolşevik rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə adlandırılmış kənddə əsasən azərbaycanlılar yaşayırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"

İlham Əliyevin Brüssel qələbəsi

“Poz, qazan” oyunlarına növbəti etiraz ALDP-dən GƏLDİ

85 meymunçiçəyinə yoluxma halı təsdiqləndi

Parisdə “Şuşam mənim” səsləndiriləcək

Meymunçiçəyinə qarşı peyvənd

Koronavirusla bağlı daha bir tələb LƏĞV EDİLDİ

“Qaraheybət”də tapşırıqlar verildi

Koronavirusla bağlı son STATİSTİKA

Bakalavriat və magistratura LƏĞV EDİLƏCƏK

Din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ