Finala yüksəldilər

09:00 20-04-2022 | icon 121 | İdman
Finala yüksəldilər

İngiltərə Premyer Liqasının 30-cu turunun təxirə salınmış matçında “Liverpul” “Mançester Yunayted”i qəbul edib.

 

Versus.Az xəbər verir ki, “Enfild”də baş tutan oyunda komandalar ötən gün “qırmızı şeytanlar”ın hücumçusu Kriştianu Ronaldunun oğlunun vəfat etməsi səbəbilə sahəyə qara lentlərlə çıxıblar. Forvard özü də matçda iştirak etməyib. Azarkeşlər isə oyunun 7-ci dəqiqəsində alqışlarla mərhum körpənin xatirəsini yad ediblər.

 

Qarşılaşmaya gəlincə, oyun “Liverpul”un 4:0-lıq üstünlüyü ilə başa çatıb. Bu nəticədən sonra mersisaydlılar turnir cədvəlində liderliyə yüksəliblər.

 

 

Paralel olaraq, İtaliyanın Milan şəhərində ölkə kubokunun ilk yarımfinalı baş tutub. Şəhərin iki təmsilçisi “İnter”lə “Milan”ın qarşıdurmasında birincilər qalib gəlib - 3:0.

 

 

Qeyd edək ki, aprelin 20-də turnirin finalına ikinci vəsiqə uğrunda kubokun sonuncu sahibi “Yuventus”la “Fiorentina” üz-üzə gələcək. Yarışın finalı isə mayın 11-də keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"