Səudiyyəli qadınlar ilk dəfə stüardessa işləyəcəklər

14:05 08-01-2019 | icon 77 | Dünya
Səudiyyəli qadınlar ilk dəfə stüardessa işləyəcəklər

 

Səudiyyə Ərəbistanından olan ilk qadın təyyarə bələdçiləri bu ay işə başlayacaqlar.

Versus.Az xəbər verir ki, Səudiyyənin "Flynas" büdcə aviaşirkətinə məxsus hava gəmilərinin göyərtələrində sərnişinlərə xidmət edəcək stüardessalar müvafiq kursları bitiriblər. Ümumiyyətlə, "Flynas" iki il ərzində 300 stüardessa hazırlamağı planlaşdırır.

Bələdçilərin formalarının Səudiyyədə adət və ənənələrinə uyğun olacağı bildirilir.

Bu işdə çalışmaq istəyən qadınlar orta təhsilli olmalı, ingilis dilini bilməli və beynəlxalq aviasiya standartlarına cavab verən boy və çəkiyə malik olmalıdırlar.

Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlara avtomobilləri idarə etmə hüququ və taksi sürücüsü işləməyə icazə verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir