“Tərtər işi”ndə 6 il cəza alıb 1 ilə azadlığa ÇIXANLAR

11:18 20-04-2022 | icon 131 | Gündəm
“Tərtər işi”ndə 6 il cəza alıb 1 ilə azadlığa ÇIXANLAR

Yeni detallarla əlaqədar daha bir neçə şəxs həbs edilib

 

Xəbər verildiyi kimi, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar daha bir neçə şəxs həbs edilib.

 

“Qafqazinfo”nun məlumatına görə, yenidən həbs edilənlər arasında daha öncə də bu işə görə azadlıqdan məhrum edilmiş şəxslər olsa da, cəzalarını tam çəkməmiş azadlığa çıxıblar.

 

Daha öncə həbs həyatı yaşamış şəxslər gizirlər Polad Əzizov, Elçin Əliyev və Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılovdur.

 


Fotoda gizir Elçin Əliyev

 

Belə ki, 2019-cu ildə Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Hakimlər heyəti onların hamısına münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Onlara 5 il 6 ay-6 il cəza kəsilib. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

 

Tərtər Hərbi Məhkəməsinin qərarına əsasən, Maşıyev Sənan Səxavət oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəza müddəti 23 avqust 2017-ci ildən hesablanıb. 

 


Fotoda gizir Sənan Maşıyev

 

Hazırda istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilən Əzizov Polad Seyfəddin oğlu isə 5 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Onun da cəza çəkməsinin əvvəli 23 avqust 2017-ci ildən hesablanıb.

 


Fotoda gizir Polad Əzizov

 

20 ilə yaxın ordu sıralarında xidmət etmiş Qəhrəmanov Cabir Babaxan oğlu barəsində isə 6 illik həbs qərarı çıxarılıb. Onun cəza müddəti 29 iyun 2018-ci ildən başlayıb. 

 


Fotoda baş gizir Cabir Qəhrəmanov

 

Maraqlıdır ki, “Tərtər işi”nə görə daha öncə də məsuliyyətə cəlb edilərək barəsində həbs qərarı çıxarılmış leytenant Ruslan Mikayılov 2020-ci ilin dekabrında “Döyüşdə fərqlənməyə görə” medalı alıb. Ruslanla yanaşı, 2019-cu ildə barəsində 6 il həbs qərarı çıxarılan Maşıyev Sənanın adı Vətən Müharibəsindən sonra medal üçün təqdimata göndərilib. Nəticədə ona 2020-ci ilin dekabrın 29-da “Ağdamın azad olunmasına görə” medalı verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"