Termiz Universitetnidə Türk dövlətləri birliyinin önəmindən danışıldı

13:24 20-04-2022 | icon 193 | Təhsil
Termiz Universitetnidə Türk dövlətləri birliyinin önəmindən danışıldı

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Termiz Universitetində geniş məruzə ilə çıxış edib və müəllifi olduğu kitabların bu ali təhsil ocağında keçirilən təqdimatında iştirak edib.

 
 
Versus.Az xəbər verir ki, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin böyük tarixi, bu istiqamətdə önəmli xidmətlər göstərmiş böyük ziyalılar barədə danışıb.
 
 
Türk dövlətləri birliyinin önəmi varədə geniş fikirlərini bölüşən Q.Paşayeva türk dövlətlərinin daha da güclənməsinin yolunun birliyimizi möhkəmləndirməkdən keçdiyini deyən Q.Paşayeva gəncləri bu birlik üçün çalışmış böyük şəxsiyyətlərin həyat yolundan örnək götürməyə çağırıb.
 
 
Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb.
Komitə sədri vurğulayıb ki, Özbəkistan 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. Komitə sədri deyib ki, işğaldan azad olunan Şuşa şəhəri bu il Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, gələn il isə Türk dünyasının mədəniyyət paytaxtı olacaq.
 
 
Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva və "Nəfəs" İB-nin sədri Firəngiz Balakişiyeva universitetə Qarabağ motivli əsərlər, xatirə hədiyyələri, tanınmı. rəssamımız Sakit Məmmədovun "Azərbaycan qızı və Özbəkistan qızı" əsərlərini, Azərbaycan mədəniyyətinə, tarixinə aid kitablar hədiyyə ediblər. Ziyarətdə bir qrup azərbaycanlı ziyalılar, fəal qadınlarımızı, QHT təmsilçiləri də iştirak ediblər.
 
 
PƏRİ
Versus.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"