Paşinyanın Moskvada puç olan ÜMİDLƏRİ

10:27 21-04-2022 | icon 194 | Siyasət
Paşinyanın Moskvada puç olan ÜMİDLƏRİ

"Qarabağ üçün ən böyük təhlükə qərb dövlətləridir"


Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Versus.az-a Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfərindən yazdı...


Paşinyanın Moskvada V.Putinlə görüşü və imzalanan sənədlər ermənilərin səfərə bağlanan ümidlərini doğrultmadı. Danışıqların mətbuata açıq hissəsində Rusiya prezidentinin “Dağlıq Qarabağ”ın deyil, Azərbaycanın tələb etdiyi kimi “Qarabağ”ın təhlükəsizliyindən danışması, imzalanan 30 bəndlik yekun sənəddə bu məsələyə demək olar ki, yer verilməməsi, imzalanma mərasiminin qapalı keçirilməsi və iki liderin mətbuat qarşısına çıxmaması Ermənistan cəmiyyətində ciddi narahatlıqla qarşılanıb. Bu görüşü iki ay əvvəl prezident İlham Əliyevlə keçirilən danışıqlarla müqayisə edənlər Kremlin Azərbaycanla Ermənistana nə qədər fərqli yanaşdığını və bu müqayisənin açıq-aşkar ermənilərin xeyrinə olmadığını etiraf etmək məcburiyyətində qalıblar.

 


Elə isə, Azərbaycanda bəzi dairələr nədən əksini iddia etməyə və həqiqətlə heç bir əlaqəsi olmayan iddialar irəli sürməyə cəhd göstərirlər. Məncə bunun iki mühüm səbəbi var. Birincisi, qərbin müəyyən dairələrinə kor-koranə, yaxud, bilərəkdən xidmət göstərmək istəyi. Bu qrupa daxil olanların bir hissəsinin ciddi maddi və hakimiyyət maraqları var və bu səbəbdən hər cür yalanlar səsləndirməkdən çəkinmirlər.
İkinci səbəb savadsızlıqdır. Rusiyanın əleyhinə ən kəskin ittihamlar səsləndirmək üçün heç bir ciddi mütaliəyə ehtiyac yoxdur. Respublikada hamıya məlum həqiqətlər var və bu həqiqətlərdən çıxış edib Rusiyanı nə qədər istəsən ittiham edə bilərsən. Ancaq Rusiyanın ikinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə tutduğu mövqe barədə obyektiv söz demək üçün prosesləri dərindən araşdırmalı və qaragüruhun hücumlarına hazır olmalısan. Ciddi mütaliə və cəsarət olmadan Rusiya ilə bağlı həqiqətləri dilə gətirmək mümkünsüzdür.

 

Həqiqət isə ondan ibarətdir ki, müstəqilliyimiz üçün ən böyük təhlükənin Rusiyadan gəldiyi və son aylar bu təhlükənin durmadan artdığı heç kimdə şübhə doğurmamalıdır. Prezident Putinin və onun “kiçik qardaşı” A.Lukaşenkonun ittifaq dövləti yaratmaq barədə verdiyi bəyanatlar, qeyri-ciddi bəhanələrlə Ukraynanın işğalına yönələn hərbi əməliyyatların başlanması müstəqil dövlətimiz üçün təhlükənin miqyasının artdığını göstərir və biz bu təhlükənin qarşısını almaq üçün hər gün əlimizdən gələni etməyə çalışmalıyıq.
Ancaq bununla yanaşı digər həqiqət də gözardı edilməməli və etiraf olunmalıdır ki, bu gün Qarabağ məsələsində ən böyük təhlükə qərbdən gəlir və onun müxtəlif ranqlı məmurları öz ermənipərəst mövqelərini gizlətməyə qətiyyən çalışmırlar.

 

Müstəqilliyimiz üçün ən böyük təhlükə olan Rusiya isə nə qədər qəribə səslənsə də Qarabağ məsələsində, Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanmasında bizə daha yaxın mövqe tutan ölkə olmaqla bunu açıq şəkildə bəyan etməkdən də çəkinmir. Bu iddianı sübut etmək üçün həm prezident Putinin, həm Lavrovun son iki ildə səsləndirdikləri və qaragüruhun çox təəssüf ki, xəbərsiz olduğu fikirləri xatırlamaq kifayətdir.

 

Digər tərəfdən, qərbi cani-dildən müdafiə edənlər Azərbaycan prezidentindən fərqli olaraq N.Paşinyanın Rusiyanın vasitəçiliyinə qarşı çıxması və Minsk qrupunu “xidmətə çağırması” barədə bir az düşünsələr məncə pis olmaz. Onların dövlət başçımızın ötən ilin iyulunda söylədiyi-“Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur!”-sözlərini xatırlamaları da məncə düzgün nəticə çıxarmağa imkan verərdi. Bununla yanaşı Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın ikinci Qarabağ müharibəsində Rusiya prezidentinin oynadığı müsbət rol barədə 22 sentyabr 2021-ci il tarixdə söylədiklərini də oxusalar əmin olardılar ki, dünən Moskvada keçirilən görüş, verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycan üçün heç bir təhlükə törətmir. Qarabağ üçün ən böyük təhlükə son günlər Yerevanı yenidən“su yoluna” döndərən və “Deyton sazişi” və buna bənzər “sərsəm” variantlar təklif edən qərb dövlətləridir. Bu dövlətlər regionda formalaşan Rusiya-Türkiyə ittifaqından və bu birliyin Qarabağ məsələsini gündəlikdən birdəfəlik çıxaracağından narahatdırlar. Ermənistan da bu ittifaqı qətiyyən istəmir və ermənilərin ən böyük istəyi regionda hələ söz sahibi olan Rusiya ilə Azərbaycanın münasibətlərinin pozulmasıdır. Çox təəssüf ki, bəzi həmvətənlərimiz qəsdən, yaxud, bilməyərəkdən “erməni dəyirmanına” su daşımaqla məşğuldurlar. İndiki şəraitdə bizimçün ən böyük təhlükə budur və bu halların qarşısını almaq, genişmiqyaslı maarifləndirmə işi aparmaq son dərəcə vacibdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"