Sakinlərə XƏBƏRDARLIQ

14:24 21-04-2022 | icon 145 | Cəmiyyət
Sakinlərə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binaların həyətlərinin giriş-çıxışlarına süni maneələr qoyan şəxslərə xəbərdarlıq edib.

 

Versus.Az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kapitan Nurlan Qədimov jurnalistlərə açıqlamasında bildirib ki, cari ilin əvvəlindən indiyədək paytaxtın Nizami rayonu ərazisində 30-dan çox ünvanda söküntü işləri həyata keçirilib:

 

“Yaşayış, eləcə də digər təyinatlı binaların giriş-çıxışlarının və keçidlərinin bəzən vətəndaşlar tərəfindən süni maneələrlə bağlanması ciddi fəsadlara yol aça bilər. Belə ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.

Eyni zamanda süni maneələr yanğın texnikasının əlverişli mövqedə yerləşdirilməsini və manevr etməsini mümkünsüz edir, əlavə şlanq xətlərinin istifadəsinə zərurət yaradır ki, bu da böyük vaxt və su itkisinə, insanların təxliyə olunmasına, nəticə etibarı ilə insanların həyat və sağlamlığının, əmlakının qorunmasına yönəldilmiş operativ müdaxiləyə ciddi çətinliklər yaradır.

 

Bu səbəbdən sadalanan süni maneələrin ünvanlarının müəyyən edilərək aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Xidmətin əməkdaşları tərəfindən reydlər keçirilir, mənzil-kommunal təsərrüfatı birlikləri, mənzil tikinti kooperativləri və digər aidiyyəti müəssisə və təşkilatlar qarşısında məsələ qaldırılaraq göstərilən maneələrin demontaj edilməsinə nail olunur, vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq acı nəticələrə səbəb ola biləcək problemin mahiyyəti izah edilir, habelə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməklə, o cümlədən sosial videoçarxların yayımlanması vasitəsilə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılır”.

 

“Bir daha vətəndaşlara müraciət edərək fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyə çağırırıq. Vətəndaşlara xatırladırıq ki, Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır”, - Nurlan Qədimov əlavə edib.

 

 

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"