İnsan alveri ilə mübarizədə maarifləndirmə ZƏRURİDİR

18:06 22-04-2022 | icon 321 | Cəmiyyət
İnsan alveri ilə mübarizədə maarifləndirmə ZƏRURİDİR

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi hesabat verdi

 

Aprelin 21-də “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alveri ilə mübarizədə qiymətləndirmə amili və onun əhəmiyyəti” layihəsinin yekun tədbiri keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edillməsi üzrə menecer Fuad Rzazadə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Ruslan Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova, tanınmış QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

 

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Daxili işlər nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə birbaşa tabe olan İnsan Alveri Qurbanları üçün Sığınacağın direktoru Gülaya Səfərova çıxış edərək diqqətə çatdırdı ki, tədbirin keçirilməsində məqsəd 2018-ci illər və 2022-ci ilin birinci rübü də daxil olmaqla, bu illər ərzində insan alveri ilə mübarizə sahəsində xidmət göstərən qurumlarla əməkdaşlıq sayəsində insan alveri qurbanlarına göstərilən xidmətin kəmiyyət və keyfiyyətinin göstəricilərinin nəticələrini, eyni zamanda layihə çərçivəsində Astara, Şəmkir, Xaçmaz rayonlarında insan alveri qurbanları ilə bağlı əhalinin məlumatlılığının öyrənilməsi məqsədilə keçirdiyimiz sorğuların cavablarını ictimaiətə təqdim etməkdir.

 

Layihənin icra planına uyğun olaraq ölkədə insan alverinin səviyyəsi və sosial reabilitasiya ilə bağlı kəmiyyət və keyfiyyət qiymətləndirilməsinin nəticələr müzakirə edildi.

 

Milli Elmlər Akademiyasının elmi işçisi, sosioloq Vəfa Saleh aparılan tədqiqatın nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Astara, Şəmkir və Xaçmazda keçirilən sorğulara 147 nəfəri qadın, 153 nəfəri kişi olmaqla 300 nəfərə yaxın insan qatılıb.

 

Vəfa xanımın sözlərinə görə, sorğunun keçirilməsində əsas məqsəd əhalinin insan alveri ilə bağlı məlumatlılıq səviyyəsini öyrənmək olub:

 

“Araşdırmalar zamanı bildik ki, əhalinin böyük bir hissəsi məlumatı kütləvi informasiya vasitələrindən, digər hissəsi isə İnsan Alverinə qarşı Mübarizə İdarəsindən, polislərdən alıblar. Araşdırmalar göstərdi ki, daha çox QHT-lərin və digər qurumların bu işlərdə aktiv iştirakı vacibdir. Çünki bu sahədə yalnız kütləvi informasiya vasitələri və polis aktiv olmalı deyil. Cəmiyyətin digər qrupları da bunda iştirak etməlidir.

Onu da deyim ki, apardığımız tədqiqatlardan aydın oldu ki, 2018-ci ildən indiyədək orta məktəblərdə 85 mindən çox insan maarifləndirilibdir. Sadəcə olaraq 2020-ci ildən pandemiya ilə əlaqədar orta və ali məktəblərdə insanların toplanmasının qarşısının alınmasından sonra bu say bir az aşağı düşüb. Buna baxmayaraq, maarifləndirmə işləri müxtəlif sahələrdə bukletlər və digər vasitələrlə davam etdirilib”.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edillməsi üzrə menecer Fuad Rzazadə bildirdi ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 19 aprel 2021-ci ildə Azərbaycan Respublikasının fərmanı ilə yaradılıb.

 

O, qeyd etdi ki, QHT Agentliyi daim ən mühüm mövzuların Qrant müsabiqələrində yer almasına diqqət edir:

 

“2021-ci il üzrə elan edilmiş Qrant müsabiqəsi zamanı ümumilikdə 415 QHT Qrant müsabiqəsinin qalibi olub və 411 QHT üçün 3 milyon 769 min 300 manat məbləğində qrant vəsaiti ayrılıb”.

 

Qeyd edək ki, tədbir qonaqların mövzu ətrafında müzakirəsi ilə davam edib. QHT rəhbərləri “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” layihəsi əsasında təşkil olunan bu tədbiri yüksək dəyərləndirdilər. Çıxışçılar bildirdilər ki, yaşadığımız gərgin reallıqlarda insan alveri ilə bağlı mübarizə, xüsusən də sadə vətəndaşların rayon və kəndlərədə maarifləndirilməsi işi çox mühüm əhəmiyyət kəsb edir. QHT rəhbərləri cəmiyyətdə olan bir çox problemlərə diqqət çəkərək, belə maarifləndirici tədbirlərin davamlı olmasını vacib saydılar.

 

Sonda insan alveri ilə mübarizədə xidmətləri olan dövlət nümayəndələrinə, QHT rəhbərlərinə və mətbuat rəhbərlərinə təşəkkürnamələr təqdim edildi.

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"