Zəfər Kubokunun püşkü atıldı

18:45 22-04-2022 | icon 146 | İdman
Zəfər Kubokunun püşkü atıldı

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçiriləcək mini-futbol üzrə Zəfər Kubokunun püşkatma mərasimi keçirilib.

 

Oxu.Az xəbər verir ki, “Report” agentliyinin ofisində təşkil olunmuş tədbirdə İAM-ın sədri və agentliyin idman şöbəsinin redaktoru Elşən Məmmədov may və iyunun əlamətdar aylar olduğunu və məhz turnirin bu tarixlərə salınmasının təsadüfi olmadığını bildirib.

 

İşğaldan azad olunmuş ərazilərin adlarını daşıyan komandaların iştirakı ilə mini-futbol turnirini ilk dəfə 2021-ci ildə Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkil etdiyini xatırladan E.Məmmədov bu ideyanın yaşamasının zəruriliyini bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləyən İAM sədri qazilərə can sağlığı arzulayıb:

 

“Əvvəllər mayda Şuşa və Laçının işğalını hüznlə anırdıqsa, artıq torpaqlarımız işğaldan azad olunub”.

 

O qeyd edib ki, hazırda Zəfər Kuboku adını daşıyan turnir eyni formatla gələn il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil oluna bilər:

 

“Əsas odur ki, format özünü doğruldur və yaşamalıdır. Çünki bizim üçün əlamətdar olan günlərdə keçirilir. Komandaların adları müqəddəs sayılan, işğaldan azad edilmiş bölgələrə verilib. Bu turnirlə bağlı elan verəndə, ilk olaraq səkkiz komandanın iştirakı nəzərdə tutulurdu. Daha sonra müraciətlərin çoxluğunu nəzərə alıb, komandaların sayını 12-ə yüksəltdik və format dəyişikliyinə getdik. Turnirə maraq böyükdür və oynamaq istəyən komandalar yetərincədir. Bütün yarış iştirakçılarına təşəkkür edirəm. İnanıram ki, turnir sağlam və gərgin rəqabət şəraitində keçəcək”.

 

Turnirin Təşkilat Komitəsinin üzvlərindən beynəlxalq dərəcəli hakim, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov bütün komandalara uğurlar arzulayıb, təşkilatçılara və sponsorlara təşəkkürünü bildirib:

 

“Bu gün Milli Qəhrəmanımız, Allahverdi Bağırovun doğum günüdür. Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində dünyasını dəyişən şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirik. Arzu edirəm ki, Azərbaycan çempionatında da komanda sayı 12 olsun, müqəddəs torpaqlarda turnirlərin davamı olsun. Bir daha hər birinizə uğurlar arzulayıram. Futbol emosional oyundur, hər birimiz komandaların adlarını göz önünə gətirib turniri elə səviyyədə keçirməliyik ki, nümunəvi olsun”. 

 

Həmçinin, Region Liqasında çıxış edən “Cəbrayıl” komandasının prezidenti Cavid Hüseynov, yarışın Təşkilat Komitəsinin üzvü, idman jurnalisti Mehman Süleymanov və ETOPAZ-ın Müştəri xidmətləri şöbəsinin müdiri Yusif Həsənov çıxış edib.

 

Daha sonra püşkatma mərasimi keçirilib:

 

A qrupu: “Füzuli” (“Report”), “Xocavənd” (“İdman” TV), “Cəbrayıl” (“Futbol+”)

 

B qrupu: “Suqovuşan” (“Veteranlar”), “Xocalı” (“Vəfadar”), “Şuşa” (ARB TV)

 

C qrupu: “Laçın” (İctimai-siyasi jurnalistlər), “Qubadlı” (“Elnur Əşrəfoğlunun komandası”), “Kəlbəcər” (“Teleqraf Holdinq”)

 

D qrupu: “Zəngilan” (“Şuşa-2021”), “Xankəndi” (“Bakı”), “Ağdam” (“Xəzər”)

 

4 may

10:30 Açılış mərasimi

I tur

11:00 “Zəngilan” – “Ağdam”

 

8 may

11:00 “Füzuli” – “Cəbrayıl”, “Suqovuşan” – “Şuşa”

12:00 “Laçın” – “Kəlbəcər”

 

15 may

II tur

11:00 “Xocavənd” – “Cəbrayıl”, “Xocalı” – “Şuşa”

12:00 “Qubadlı” – “Kəlbəcər”, “Xankəndi” – “Ağdam”

 

22 may

III tur

11:00 “Füzuli” – “Xocavənd”, “Suqovuşan” – “Xocalı”

12:00 “Laçın” – “Qubadlı”, “Zəngilan” – “Xankəndi”

 

28 may

Yarımfinal

11:00 A qrupunun qalibi – C qrupunun qalibi

12:00 B qrupunun qalibi – D qrupunun qalibi

 

19 iyun

12:00 FİNAL

 

Qeyd edək ki, Oxu.Az saytının əməkdaşı Səbuhi Musa “Laçın” komandasının kapitanı kimi mübarizə aparacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"