30 travma psixoloqu HAZIRLANIB

14:36 24-04-2022 | icon 144 | Cəmiyyət
30 travma psixoloqu HAZIRLANIB

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Labirintdən çıxış- travma psixoloqlarının hazırlanması” layihəsini sona çatdırıb.

 

Layihənin hazırlıq mərhələsinə 2022 -ci il yanvardan start verilib. Təşkilat üç ali təhsil müəssisəsinə layihə ilə bağlı məlumat ünvanlayaraq psixologiya ixtisası üzrə sonuncu kursda təhsil alan tələbləri layihəyə cəlb edib.

 

Layihə iki qrup arasında- uşaqlara və 18 yaşdan yuxarı şəxslərə yardım göstərəcək travma psixoloqları hazırlanmasını nəzərdə tuturdu.

 

Layihə çərçivəsində hər qrup üçün 10 gün, ümumilikdə 20 gün təlim keçirilib. Əlavə 5 gün isə praktika dövrünü əhatə edib.

 

3 ay davam edən təlimlərdə 30 nəfər kursu başa çatdırıb.

 

Layihə Bakı şəhərində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində icra olunub.

 

Layihənin sonunda iştirkaçılar sertifikatlarla təltif ediliblər. Sertifikatların təqdimatı mərasimində, aparılan müzakirələrdə müəyyən edilib ki, iştirakçılar artıq əldə etdikləri bilik və təcrübəni həssas qruplara xidmətdə tətbiqə başlayıblar. Bölgə əhalisinin bu xidmətə ehtiyacı xüsusilə diqqətə çatdırılıb. Müzakirələr zamanı təlim keçmiş psixoloqların öz şəbəkəsini yaradaraq, həssas qruplara könüllü xidmətə başlaması təklifi səsləndirilib.

 

Layihənin nəticəsi olaraq, təlim keçmiş mütəxssislərlə bağlı məlumatlar DİN-in İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, ƏSSMN yanında Sosial Xidmət Agentliyinə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinə, həssas qruplarla işləyən QHT və ərazi üzrə İcra Hakimiyyətinə göndərilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"