Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri MMP-də

21:59 24-04-2022 | icon 149 | Cəmiyyət
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri MMP-də

Naibə Hacıyevaya MMP-nin fəxri fərmanı təqdim edilib

 

Xəbər verdiyimiz kimi, aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.

 
 
Versus.Az xəbər verir ki, bu Qurultaya Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Hacıyeva Naibə Bayram qızı da qatılıbı.
 
 
Qurultaydan sonra Naibə xanım Müasir Müsavat Partiyasının (MMP) qərargahında olub. Qərargahda Naibə xanımı partiya sərdi Hafiz Hacıyev adından onun müavini Könül İsmayılova qarşılayıb.
 
 
Görüşdə Azərbaycanı Avropada ləyaqətlə təmsil etdiyinə, 44 günlük müharibədə çox böyük fədakarlıq göstərdiyinə görə N.Hacıyevaya MMP-nin fəxri fərmanı təqdim edilib.
 
 
Qeyd edək ki, Naibə xanım 32 ildir Almaniyanın köhnə paytaxtı Bon şəhərində yaşayır. O, sahibkar xanımdır. 30 ildir vətənimiz Azərbayacana görə çox işlər görüb. Həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində çox böyük fədakarlıq edib. Hər zaman dövlətinin, xalqının yanında olub.
 
Naibə xanım Almaniyada vətənimizi layiqincə təmsil edir. O, bir neçə dəfə çətinliklərlə üzləşsə də, bu günə kimi qorxmadan, çəkinmədən fəaliyyətini davam etdirir.
 
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"